Sabirabadda gecə evə soxularaq bir uşaq anasını zorlayan əmioğlular saxlanıldı: "Yalvardım, ancaq döyə-döyə zorladılar..." (Xəbər yenilənb)

img

14-07-2021 [09:39]


Bu il iyunun 12-də saat 22 radələrində yaşadığı evdə tək olarkən rayonun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü N.M.-in yaşadığı evdə həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı N.Məmmədovanın müraciəti əsasında Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılıb.

Sabirabad Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.

***

Sabirabad rayonunda qadının iki həmkəndlisi tərəfindən döyülərək zorlanması faktı ilə bağlı cinayət işi başlanılıb.

Mia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini Nəzrin Ağayeva (şərti) polisə müraciət edərək bildirib ki, iyunun 12-də evdə olarkən iki kənd sakini qapını sındıraraq evə zorla girib:

“Kənd sakinləri F.Əmrahov və Ə.Əmrahov evə girib məni döyməyə başladılar. Yalvarışlarıma məhəl qoymayaraq paltarımı cırıb məni zorladılar. F.Əmrahov mənimlə zorla cinsi əlaqədə olduğu vaxt da döyərək fiziki işgəncə verirdi. Daha sonra Ə.Əmrahovu çağırıb dedi ki, “sən də bunu zorla”. O da məni döyərək zorla cinsi əlaqədə oldu. Sonra çıxıb getdilər”.

N.Ağayeva qeyd edib ki, üç gün sonra özünə gələrək polisə müraciət edib: “Məni ekspertizaya göndərdilər, ekspert döyüldüyümü və zorlandığımı təsdiqlədi”.

Məsələ ilə bağlı Sabirabad Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 149.1-ci (zorlama) maddəsilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Qeyd edək ki, 12 yaşlı oğlu ilə birgə yaşayan qadın mağazaların birində xadimə işləyir.


Digər xəbərlər
SON XƏBƏRLƏR