Qadınlar üçün "Viaqra" tipli dərmanlar...

img

06-07-2021 [23:06]


Alimlər getdikcə müasir qadınların daha çox frigid olması barədə həyəcan təbili çalır. Hazırda apteklərdə tibbin təsdiqlədiyi kişi viaqrası açıq satışdadır və hər gun minlərlə kişi tərəfindən alınır.

Bəs farmakologiya qadınlar üçün şəhvət artırıcı viaqra tipli dərmanlar icad edibmi və əgər belə bir preparat varsa effekti necədir? Niyə hələ də apteklərdə belə vasitələr açıq satılmır?

Medicina.az qadınlar üçün mövcud olan ehtiras artırıcı vasitələr barədə məlumatı təqdim edir:

Qadınlarda seksual istək nədən asılıdır?

Bir çox ailələrdə evlilikdən 5 il sonra qadınla kişi arasında intim problemlər başlayır. Çox zaman qadınlar kişidən qaçmağa, yataqdan yayınmağa başlayır. Əvvəllər bu barədə açıq danışılmır, yazılmırdı. Amma indi müasir qadın və kişiləri bu sual narahat edir. Nəyə görə qadınlarda ehtiras sönür və seksə istəksizlik yaranır?

Bir çox seksoloqlar bildirir ki, qadınlarda şəhvət hissi kişilərdən tamamilə fərqlidir və cinsi orqandan asılı deyil. Burda hormonlar, vəzlər, beyin, psixologiya, yumurtalıqlar, ümumi sağlamlıq, kişi ilə münasibət, ab-hava çox rol oynayır. Hamiləlik və doğuşdan sonra, müəyyən hormonal disbalansdan qadınlarda libido azalır, seksual istək sönür. Eləcə də yaşla bağlı bu istək getdikcə azalır.

Amerikalı psixiatr bu problemi bir cümlə ilə çox gözəl izah edib: “Kişilərdə cinsi istəksizliyin 3 tipi var: ereksiya, ereksiya, ereksiya. Hər şey də bunun üzərindədir.

İlk qadın “Viaqra”sı

ABŞ farm industriyası çox çək-çevirdən sonra nəhayət ki, Flibanserin tərkibli “Qadın Viaqrası” hazırladı. O, kiçik çəhrayı tabletlər formasındadır və hələ ki, ancaq ABŞ-da satılır. Lakin bu dərmanın tərəfdarları kimi, əleyhdarları da çoxdur.

İlk öncə Flibanserin antidepressant kimi nəzərdə tutulmuşdu. Lakin klinik sınaqlarda iştirak edən qadınlar dərmanın intim sferaya təsir etdiyini etiraf ediblər. Flibanserin neyrotransmitterlər olan dopamin, noradrenalin və serotoninin balansını tənzimləyib. Beləliklə, dərman qadının beyninə təsir edərək, biokimyəvi balansı normallaşdırdığından, seksual marağı da artırıb. Amerikalı qadınlar statistik olaraq, həftədə 2 dəfə intim münasibətdə olurdular. Bu dərmanı istifadə edənlər istəyin həftədə 3 dəfəyə qalxdığını bildirdilər. İstehsalçılar bu effekti gördükdən sonra yeni “viaqra” kəşf etdiklərini anladılar.

Barbara Qattuzo adlı qadın 3 həftə bu preparatı qəbul etdikdən sonra tamam başqa insan olduğunu, gecə yarı oyanıb ərini sığalladığını bildirib.

Flibanserinin əks təsirləri də ola bilər: ürəkbulanma, yuxululuq, baş gicəllənmə, ürək ritmi pozulması. Lakin bu zərərlər kişi viaqrasına baxanda azdır. Bu dərman kişilərdəki kimi cinsi orqana yox, məhz beyinə təsir edir. Çünki qadının istək reseptorları vaginal yolda deyil, beyindədir.

Ona görə də beyinə təsiri olduğu üçün bu tip dərmanlar ciddi həkim resepti ilə satılmalı olduğundan açıq şəkildə apteklərdə satışı problem yaradır. Rusiya və MDB ölkələrində, eləcə də Şərq dövlətlərində bu dərmanı satmırlar və belə bir fikir hələ ki, yoxdur.

Yeni preparatlar

Amerika və İsraildə yeni qadın Viaqrası üzərində iş gedir: onun adı Lybirodur. Tabletin tərkibində Sildenafil var, o beyin və əzələləri oyandırır.

İkinci dərmanda isə hormon var. O, seksual reaksiyaya cavabdeh reseptorları stimullaşdırır. Lakin onların rəsmi satışını görmək üçün bir neçə il gözləmək lazımdır.

İnternetdə afrodiziak təsirli preparatlar

Hazırda dünyanın bir çox alış-veriş saytlarında Çin, Tailand, Avropa istehsalı bir sıra dərman preparatları “boz zonada” satılır. Çox baha qiymətə satılan bu dərmanlar elə reklam olunur ki, kişilər belə onları almaq istəyir. Lakin onların 99% -nin tibbi rəyi, sınağı yoxdur.

Dərmanların təlimatı da səhv yazılır. Məsələn, qadınlar üçün oyadıcı dərmanlar müntəzəm davamlı istifadə etdikdə, müəyyən müddətdən sonra təsiri başlayır. İnternetdə isə təlimatda əlaqədən öncə, həmin gün istifadə et yazılır. Təbii ki, bu zaman heç bir təsir də olmur. Yenə də qeyd edək ki, qadınlar üçün Viaqra kişilərdəki kimi həmin an təsir etmir.

Testosteronlu plastırlar

Bu kişi hormonu az da olsa qadınlarda da var. Ona görə də kişi və qadınların cinsi problemlərində bu hormon istifadə olunur. Qadınlar üçün bu dəriyə yapışan plastır formasındadır. Eləcə də testosreron tərkibli inyeksiyalar olur.

Bremelanotid iynələri

İnyeksiya formasında buraxılır, mütləq intim münasibətdən 1 saat öncə dəri altına yeridilir. Bu dərman Çin, Cənubi Koreya, ABŞ-da qeydiyyatdan keçəcək. Amma bütün bu dərmanlar qeyri-rəsmi olaraq internetdə satılır.

İspan böcəyinin gücü - İspanskaya muşka

Rusiyada internet saytlarda İntim məhsullar bölməsində qadınlar üçün ehtiras artırıcı ən müxtəlif vasitələr satılır. Burda çeşid çoxdur. Moskvada ən məşhuru “İspanskaya muşka” deyilən içilməli konsentrantdır.

Eləcə də ehtiraslandırıcı damcılar “Zolotaya Lisa”, “Libido”, “Natural Viagra” və s. vasitələrin təsiri barədə bunlar yazılıb: Preparat qadın cinsi vəziləri stimullaşdırır, hormonların sekresiyasını artırır, seksual istəyin əlamətləri yaranır: üz, yanaqlar qızarır, ürək döyünmə artır, aşağı çanaq orqanlarına qan artır, vaginal ifrazat çoxalır, hissiyat artır. Orqazm hiss etməyən qadınlarda effekt verir.

Preparatın tərkibində isə bitkilərdən, zəfəran, kordiseps, müxtəlif Çin adlarında bitkilərin ekstraktları qeyd olunub. Ən güclü ehtiraslandırıcı konsentrasiya İspan muşkası adlanan böcəkdən alınır. O, qadın libidosunu artıran güclü vasitə hesab edilir.

Qiymətlər

Qadınlar üçün seksual BAD-lar, dərmanlar, plastırlar, gellər, afrodiziak məhsullar kişilər üçün olanlardan daha bahadır. Məsələn, aylıq müalicə kursu 200-300 dollara çatır. Ən zəif gel belə 30-40 dollara satılır. İnyeksiyalar isə 50-70 dollardan başlayır.

Çəhrayı qadın Viaqrası Azərbaycanda satışda yoxdur. Apteklərdə ümumiyyətlə qadınlar üçün seksual həvəs artıran dərmanlar tapmazsız. Sadəcə bir neçə Dubay və Çin istehsalı BAD-lar, gellər, kremlər, libido artıran bitki tərkibli çaylar bazarda yer alıb. Onların heç birinin Səhiyyə Nazirliyindən rəsmi sertifikatı yoxdur.

Onlayn internet resurslarında isə istehsal mənbəyi qeyri-leqal, tərkibi tibbi təsdiqlənməyən müxtəlif məcunlar, kremlər, qida əlavələri, Çin bazarından müxtəlif tabletlər, həblər, damcılar reklam olunur. Hətta kişi viaqrasının rəngini süni olaraq çəhrayıya boyayıb, saxta qadın viaqraları da satıla bilir. Türkiyənin məşhur saytlarında da vaginal kremlər, gellər, lubrikantlar, libido artırıcı mazlar və s. rast gəlinir.

Qadınlar necə müalicə olunmalıdır?

Həkim endokrinoloq Nuriyyə Eyvazova bildirir ki, qadınların hormonal fonu frigidliyə birbaşa təsir edir:

“Kişilərdə intim sahədə testosteron, qadınlarda isə estrogen, proqesteron, testosteron üçlüyü rol oynayır. Qadınlarda seksual tələbata hipofiz, qalxanvari vəz və cinsiyyət vəziləri cavabdehdir. Əgər bu orqanların işi pozulubsa, hormonlar normadan az və ya çoxdursa, normal cinsi həvəsdən söhbət gedə bilməz. Bütün qadın libid preparatları da məhz bunları təmzimləməyə hesablanıb.

Qadınlar xaricdən cinsi orqana gel, krem, maz, dərman çəkməklə, ehtiras hissi gətirə bilməzlər.

Bu sadəcə orqanı stimullaşdıra bilər. Eləcə də kiçik çanaq orqanlarının qan dövranının pozulması belə problemlərə səbəb olur.Ona görə də intim hissiyatsızlığı olan qadınlar ilk növbədə endokrinoloqa, sonra ginekoloqa, daha sonra seksopatoloqa müraciət etməlidir. /gent.az/


Digər xəbərlər
SON XƏBƏRLƏR