“GÖRMƏDİM” MÜXƏMMƏSİNDƏ GİZLƏDİLƏN BEŞLİK
05-07-2021 [12:56]
ATİF İslam oğlu İSLAMZADƏ,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: [email protected]
***
M.P.Vaqifin məşhur “Görmədim” müxəmməsi çox məşhur şeirdir. Buna səbəb odur ki, bu şeir ictimai-ədəbi və sosial-siyasi təbliğatdan əlavə həm bədii cəhətdən çox qüvvətli əsərdir, həm də əvvəlki nəsillərin dərsliklərində mütəmadi olaraq yer almışdır.
Praktika göstərir ki, dərsliklərdə yer alan şeirlər dillər əzbəri olur. Çünki bütün nəsillər o şeiri yaddaşın ən parlaq vaxtında oxuyur və əzbərləyir. Ataların dediyi kimi “Söz var suya yazılır, söz var daşa”. Gənclikdə daşa yazılanlar yaşlaşanda suya yazılır. Yəni gənclikdə gözünün aldığı, qulağının eşitdiyi mexaniki olaraq yaddaşında qalırsa, yaşlılıqda bu gün oxuduğunu, hətta əzbərlədiyini sabah unudursan. Elə bu səbəbdən də Nizami Gəncəvi deyir:
Çalış, qədrini bil sən cavan çağın,
Yol get ki, güclüdür indi ayağın.
Bu misralar mənəvi və fiziki baxımdan yaşantının gerçəyini ifadə edir. Buna görə də gəncliyimizdən bizimlə yol gələn nə varsa yaddaşımızda saxlanır. M.P.Vaqifin “Görmədim “ müxəmməsi də psixoloji və ədəbi baxımdan özünə yaddaşlarda yer etmişdir. Lakin şairin əksər kitablarında bu məşhur şeirin beş misrası, yəni müxəmməsin bir bəndi dövrün siyasi-ideoloji tələblərindən irəli gələrək insanlardan gizli saxlanmışdır. Özü də gizlədilən bu bənd müxəmməsin şah bəndidir. Biz bu bənddə dini-ruhani məzmunu, yüksək düşüncə tərzini müşahidə edirik. Burada da ictimai-sosial tənqid üzərində qurulan müxəmməsin şah bəndində şair mübarək şəxsiyyətlərin adını çəkərək Allahu-Təalanın sevdiklərini sevməyin məziyyətindən və vacibliyindən bəhs edir:
Ey xoş onlar kim, Məhəmməd-Mustafanı sevdilər,
Oldular aşiq, Əliyyül-Mürtəzanı sevdilər,
Sidqü-ixlas ilə pənc Ali-əbanı sevdilər,
Çardəh məsum tək mükülgüşanı sevdilər,
Dəxi onlardan gözəl, yaxşı cəmaət görmədim ( 16, 187).
(mənası: O kəslər xoşbəxtdir ki, Muhamməd Əleyhissəlamı, Əli Əleyhissəlamı, ali-əbanı, yəni, Muhamməd, Əli, Fatimeyi Zəhra, Həsən və Hüseyni (əleyhimüssəlam) və Həzrət Əli ardıcıllığı ilə gələn on iki imamı sevdilər. Bu sevgi ilə yaşayanlardan gözəl, yaxşı insanlar yoxdur).
Çox təəssüf ki, bu bənd çox məşhur müxəmməs olduğuna baxmayaraq bir çox hallarda diqqətdən kənarda qalmışdır. Bu ideoloji-siyasi yanaşmadan irəli gəlmiş, məşhur müxəmməsin bu bəndi bir çox nəşrlərdə şairin kitablarında yer almamışdır. Halbuki, ilk ədəbiyyatşünaslardan və Azərbaycan ədəbiyyatının toplayıcılarından məşhur ədəbiyyatşünas F.B.Köçərli, müxəmməsi bu bənd ilə birlikdə özünün şöhrətli “Azərbaycan (Türklərinin) ədəbiyyatı” kitabına daxil etmişdir (Köçərli F.B. Azərbaycan ədəbiyyatı, 2 cilddə, I cild. Bakı: Elm, 1978, s. 187).
Eyni zamanda qeyd etmək lazımdır ki, müəyyən çevrələrdə M.P.Vaqifin dünyəvi mövzulara meylliliyi, dini inanc sisteminə laqeydliyi iddia olunur. Hətta gözəli irfandan reallığa endirənlərin başında şairin adı əsas olaraq qeyd olunur. Halbuki müxəmməsdən də aydın görünür ki, hətta ictimai lirikasında şair dini duyğularını ifadə etməkdən çəkinməmişdir.
Ümumiyyətlə bizə məlum olan bir çox məşhur şeirlər vardır ki, onların üzərində əl gəzdirilmiş, siyasi baxış tərzinə uyğunlaşdırılmışdır. Bu da sovet dövrünün materialist-ateist ideolojisindən irəli gəlmişdir. Biz A.Səhhətin məşhur “Vətən “ şeirində gizlədilən beyti də qeyd etməyə bilmərik:
Məni xəlq eyləmiş əvvəldə Xuda,
Sonra vermiş vətənim nəşvi-nüma.
Təbiidir ki, bu şeir də başqa bir araşdırmanın mövzusudur. Hətta bu gün də bu şeir oxunduqda əksər hallarda bu misralar oxunmur. Eyni zamanda onu da qeyd edək ki, ədəbiyyatımızda üzərində əl gəzdirilən onlarla bu kimi məşhur şeirlər mövcuddur. Milli və dini baxımdan hər zaman tariximizə, mədəniyyətimizə və ədəbiyyatımıza ciddi zərbələr vurulmuşdur. Bu kimi məqsədyönlü siyasətdən irəli gələn addımları aşkarlamaq və əsl gerçəkləri topluma çatdırmaq hər birimizin, xüsusilə mütəxəssislərin mübarək vəzifəsidir.
MİA.AZ
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə