Yanukoviçin müxalifət liderləri ilə görüşü keçirilir

img

27-01-2014 [23:19]


Ukrayna prezidenti administrasiyasında Viktor Yanukoviçlə müxalifət nümayəndələrinin görüşü keçirilir.

APA-nın "Gazeta.ru”- ya istinadən verdiyi məlumata görə, görüşdə müxalifət tərəfdən UDAR partiyasının sədri Vitali Kliçko, "Batkivşina" farksiyasının rəhbəri Arseniy Yatsenyuk və "Azadlıq" partiyasının rəhbəri Oleq Tyaqnebok iştirak edir.
Hökuməti görüşdə prezidentin icra aparatı başçısının müavini Andrey Portnov və Ədliyyə naziri Yelena Lukaş təmsil edirlər.
Qeyd edək ki, bundan əvvəlki görüşdə Yanukoviç Arseniy Yatsenyuka baş nazir, Vitali Kliçkoya isə baş nazirin müavini vəzifələri təklif etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA