Muzeyin arxeoloji kolleksiyasına Çaylı tapıntıları təhvil verilib

img

23-06-2021 [13:10]


Hər il Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasına Azərbaycanın ulu tarixini və zəngin mədəniyyətini özündə əks etdirən neçə-neçə mədəniyyət nümunəsi daxil olur. Bu baxımdan 2021-ci ildə istisna deyil.

Mia.az xəbər verir ki, bu yaxın günlərdə arxeoloji kolleksiyaya Qazax rayonunun Çaylı kəndində aparılan inşaat işləri zamanı təsadüf nəticəsində tapılmış 7 ədəd əşya təhvil verilib. Xocalı-Gədəbəy mədəniyyətinə aid olan həmin əşyalar 3 ədəd saxsı qabdan, 2 ədəd tunc bilərzikdən, bir ədəd spiralvari tunc üzükdən və diskşəkilli asma bəzəkdən ibarətdir.

Materialları Muzeyə Azərbaycanın incəsənət nümayəndələrindən biri, Çaylı kənd sakini Çivişov Rövşən Çölçü oğlu hədiyyə etmişdir. Haqqında bəhs edilən bu tapıntılar təmsil etdikləri bölgənin qədim tarixinə və zəngin mədəniyyətinə aid qiymətli əşyavi mənbələrdir.

Belə ki, bu tapıntılar e.ə. II miniliyin sonu-I minilliyin əvvəllərində insanların məşğuliyyəti və məişəti, o cümlədən dulusçuluğu və metalişləmə sənəti haqqında müəyyən təsəvvürlər formalaşdırır. Muzey mütəxəssisləri bu tapıntıların əhəmiyyətini nəzərə alaraq bir qisminin tunc dövrü ekspozisiyasında nümayiş etdirilməsini məqsədəuyğun hesab ediblər.  


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR