Prezident Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib - Nələr müzakirə olunub?

img

23-06-2021 [12:45]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini qəbul edib.

Mia.az xəbər verir ki, BƏƏ-nin iqtisadiyyat naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin Rəşid Al Maktum və Əbu-Dabinin vəliəhdi Məhəmməd Bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmirinə və Əbu-Dabinin vəliəhdinə çatdırmağı xahiş etdi.

Abdulla Bin Touq Al Marri ötən ilin iyulunda vəzifəsinin icrasına başladığı vaxtdan ilk rəsmi səfərinin Azərbaycana olmasından məmnunluq hissi keçirdiyini dedi.

Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi qeyd olundu, beynəlxalq təsisatlar çərçivəsində və ikitərəfli səviyyədə ölkələrimizin bir-birini dəstəkləməsi məmnunluqla vurğulandı.

Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, bu sahədə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə ixracın artdığı qeyd edildi. Eyni zamanda, qarşıdakı illərdə tərəfdaşlıq əlaqələrimizin ruhuna uyğun olaraq yeni investisiya imkanlarının müəyyən edilməsi, ticarət dövriyyəsinin artırılması və biznes əlaqələrinin genişləndirilməsi istiqamətində işlərin həyata keçirilməsinin vacibliyi vurğulandı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:56 25.09.2021

Sabah yağış yağacaq