PUTİN QARABAĞDAN DANIŞDI, YENİ MESAJ VERDİ: "Rusiya sülhməramlıları regionda təhlükəsizliyi..."

img

23-06-2021 [10:24]


"Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb".

Mia.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransındakı çıxışında deyib.

Putin bildirib ki, Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər:

"Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür”..

Onun sözlərinə görə, Rusiya qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur: "Rusiya bundan sonra da münaqişə regionlarında vəziyyətin deeskalasiyasına, ümumi qitəmizdə sülh və sabitliyin möhkəmləndirilməsinə kömək göstərmək niyyətindədir".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR