Güləş Federasiyası: "Mariya Stadnikin şəxsi həyatı ilə bağlı problemi olub"

img

22-06-2021 [14:29]


"Mariya Stadnikin şəxsi həyatı ilə bağlı problemi olub. Göy-Göldə yaxşı hazırlıq keçib, hazırda əla formadadır.

Bu fikirləri Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev Tokio-2020-yə lisenziya qazanmış qadın güləşçi Mariya Stadnik barədə danışarkən deyib.

Federasiya rəhbəri 50 kq çəki dərəcəsində çıxış edən idmançının güləşi atmaq istəməsindən xəbərsiz olduğunu bildirib: "Onun güləşi atmaq istəyini sizdən eşidirəm. Polşada çox rahat çempion oldu. Yüksək səviyyədə iştirak etdi. Hesab edirəm ki, olimpiadada hamımızı sevindirəcək"/Report.

Qeyd edək ki, Mariya Stadnik 8-ci dəfə Avropa çempionu olduqdan sonra müsahibəsində bir ara ümumiyyətlə güləşmək istəmədiyini bildirib. Lakin o, konkret səbəb açıqlamayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR