“Qəbələ” klubu Vinko Medimoreçlə yollarını ayırıb

img

22-06-2021 [13:44]


“Qəbələ” klubu futbolçusu Vinko Medimoreçlə yollarını ayırıb.

Mia.az xəbər verir ki, ötən ilin sentyabrından komandaya qoşulan 25 yaşlı xorvatiyalı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

O, 2020/2021 mövsümündə 26 oyuna 1 qol vurub. Medimoreç Premyer Liqada 23, Azərbaycan Kubokunda 3 matça çıxıb.

“Qəbələ” klubu Vinko Medimoreçə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub