"Bandotdel"dən əməliyyat: Ata və oğuldan ibarət dəstə üzvləri tutulub - TƏFƏRRÜAT/VİDEO
22-06-2021 [11:51]
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat tədbiri keçirilib.
Mia.az DİN-ə istinadla bildirir ki, əməliyyat nəticəsində müəyyən olunub ki, Şəmkir rayon sakinləri - Vaqif Əhmədov və oğlu Nicat Əhmədov Gəncə şəhər sakini Orxan Quliyevdən aldıqları mənşəyi məlum olmayan spirt və qapaqlardan istifadə etməklə saxta içkilər hazırlayıblar. Daha sonra bu şəxslər həmin spirtli içkilərin Tərtər rayon sakini Bəxtiyar Əzimzadənin vasitəçiliyi ilə respublikanın rayonlarında fəaliyyət göstərən topdansatış mərkəzləri, marketlər, restoranlar və digər obyektlərdə satışını təşkil ediblər:
"Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Gəncə və Şəmkir şəhərlərində adları sadalanan şəxslərə məxsus saxta spirtli içkilərin hazırlandığı sex və anbarların fəaliyyət göstərdiyi ünvanlara da baxış keçirilib. Həmin obyektlərdən xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, çoxsaylı etiketlər, qapaqlar, boş şüşə qablar, keyfiyyətsiz, istifadəyə yararsız saxta spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün də olduqca təhlükəlidir.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin üzvləri olan Vaqif Əhmədov, Orxan Quliyev və Bəxtiyar Əzimzadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd olunan hüquqazidd əməllərin tam və hərtərəfli araşdırılması, habelə, təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Sonda qeyd edək ki, Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra davam etdirəcəkdir".
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb