"Məğlub Ali Baş komandana yenidən mandat verilməsi görünməmiş hadisədir" - Deputatların çıxışları
22-06-2021 [11:48]
“100 il əvvəl Qars müqaviləsinin bağlanması Azərbaycanın inkişafına çox mühüm təsir göstərdi”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, 100 il sonra Azərbaycanın ərazi bütövlüyünün təminatçısı olaraq Şuşa Bəyannaməsi imzalandı: “Artıq Türkiyə və Azərbaycan arasında hərbi müttəfiqlik təsbit olundu. Bəyannamədə bəzi mühüm müddəaların yer alması bizim gücümüzü daha da artırır. Bu sənəd Azərbaycanın daha güclü ordusunun yaradılmasına sözsüz ki, öz töhfəsini verəcək”.
Deputat Cavid Osmanov qeyd edib ki, Azərbaycanla Türkiyə arasında olan qardaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyub.
Deputat bildirib ki, Türkiyə dünya masştabında güclü ölkəyə çevrilib: “Şuşa Bəyannaməsinin imzalanmasının çox böyük tarixi əhəmiyyəti var. Bu bəyannamənin Şuşada imzalanması tarixi hadisədir. İkincisi, bu bəyannamənin imzalanması günü təsadüfi seçilməmişdi. 15 iyunu biz Qurtuluş günü kimi qeyd edirik. Şuşa Bəyannaməsi bölgədə sülhə, əmin-amanlığa dəstək olacaq sənəddir. Bu sənəd hər iki ölkənin milli maraqlarına uyğundur. Bununla bağlı 48 partiya da dəstək verdi. İki partiya isə çox təəssüf ki, yenə də kənarda qaldı”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, iki gün əvvəl Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin yekunları Vətən Müharibəsində parlaq qələbəmizin nəticələrinə tam uyğundur, 10 noyabr razılaşmasının ümumxalq səsverməsi ilə qəbuludur: “Digər tərəfdən, erməni xalqı və ordusu yeni müharibələrə qadir olmadığını, işğal partiyasının rəhbərləri Koçaryanın və Sarkisyanın 30 illik istismar düşərgələrində və səngərlərində bir daha ölmək istəmədiklərini nümayiş etdirdi. Əks halda, dünya tarixində məğlub Ali Baş komandana yenidən mandat verilməsi görünməmiş hadisədir. Deməli, Azərbaycanın qələbəsi 90-cı illərdə miflərlə aldadılmış başqa bir xalqı da xilas etdiyi üçün 687 min insan indi sülhə səs verir. Ona görə də 15 iyunda - Azərbaycan dövlətinin xilası günündə Şuşada Türkiyə dövləti ilə imzalanan hərbi-siyasi İttifaqı Ermənistana təhlükə kimi qələmə verənlərin qorxu və xof siyasəti nəticə vermədi. Çünki erməni xalqı başa düşür ki, onların təhlükəsizliyinə və siyasi gələcəyinə üçüncü dövlətlərin verdikləri hərbi təminat Türkiyə və Azərbaycanın qarantiyasını əvəz edə bilməz. İki dövlətin hərbi İttifaqı başqa ərazilərə hücum planı deyil, əksinə 100 illik Qars müqaviləsinə istinad edilməsi Şuşanı Qafqazın sülh mərkəzinə döndərir. Ərdoğanın səfəri qardaş ölkənin dövlət başçısının Şuşaya ilk səfəri olsa da, yeni seçilən İran prezidenti, o cümlədən, ABŞ və Rusiya rəhbərləri də gəlib Şuşada ölkə rəhbərinin ziyarətində ola bilərlər. Onlara da yol açıqdır”.
Deputat Tural Gəncəliyev isə ötən həftə sonu keçirilmiş Antalya Diplomatiya Forumu haqqında danışıb, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun dəvəti ilə Forumda iştirak etdiyini bildirib. Deputat qeyd edib ki, Türkiyə qlobal güc mərkəzinə çevrilir: “Forumda Azərbaycana xüsusi diqqət göstərilirdi. Bütün ölkələrin təmsilçiləri Azərbaycanın hazırda Cənubi Qafqazda və Cənubi Qafqazdan kənarda rolunu xüsusi qiymətləndirirdilər. Türkiyədə ənənəvi olaraq keçiriləcək bu forumda iştirak etmək çox əhəmiyyətlidir. Bu forum yeni regional məsələləri müzakirə etmək baxımından çox vacibdir”/APA.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"