Seçici niyə Ərdoğan və Əliyevə səs verib?
21-06-2021 [23:20]
Əziz RZAZADƏ
***
İranda sayca 13-cü prezident seçkilərində ən yaddaqalan nəticə, mənim aləmimdə, etibarsız bülletenlərin sayıdır – 3.720.680 (12,9%). Daxili İşlər Nazirliyi “ağ bülleten” adlandırdığı etibarsız səslərə məntiqli izah verməsə də, bunu, bir növ, vətəndaş etirazı kimi qəbul etmək olar.
Sosial mediadakı görüntülərdə üzərində “Rəcəb Tayyib Ərdoğan”, “İlham Əliyev”, hətta “Batman” yazılmış bülletenləri seçicilərin yumor hissi, kinayəsi kimi də yozanlar olub. İstənilən halda, ciddi təhlildə bu, seçici məsuliyyətsizliyindən daha çox etiraz kimi qələmə verilə bilər. Maraqlı budur ki, ilk prezident seçkisindən bu yana (151.806 “ağ bülleten”) 3.720.680 sayı ən yüksək göstəricidir. Bundan əvvəl Mahmud Əhmədinecatın qalib olduğu 2005-ci il seçkilərində də “ağ bülleten”lərə dair rekord qeydə alınıb - 1.224.882, daha sonra Həsən Ruhaninin prezident seçildiyi 2013 və 2017-ci illərdə - 1.245.409 və 1.200.931.
Vətəndaş etirazının başqa bir göstəricisi seçkidə iştirak faizidir. Ümumən 59.310.307 seçicidən seçkidə iştirak edən kütlə 48.8%, yaxud 28.933.000 nəfərdir. Lakin seçki günü, yəni iyunun 18-də saat 16:45-ə qədər cəmi 14 milyon nəfər (23%) səs verib. Saat 19.00-da tamamlanmalı olan səsvermə məhz aşağı iştirak faizinə görə əvvəlcə saat 21.00-a, sonra 22.00 və daha sonra gecə saat 02.00-a qədər uzadılıb.
Əgər iyunun 18-də saat 19:30-a qədər 22 milyon nəfər (37%) səs vermişdisə, artıq növbəti günün gecə saatlarında 48.8%-lik göstərici qeydə alınıb.
Seçici səslərinin bölgüsü artıq bəllidir: İbrahim Rəisi – 17.233.557, Möhsün Rezayi – 3.250.006, Əbdülnasir Hemməti – 2.334.635, Əmirhüseyn Qazizadə Haşemi – 956.275. Lakin bu rəqəmlərinin cəminə “ağ bülleten”lərin sayını da əlavə etdikdə, 440.000 bülletenin taleyi naməlum qalır. Bu məsələyə hələ də rəsmi izah yoxdur.
İran daxilindəki siyasi fəallar və xaricdəki müxalifət itkin səslərə çox vurğu edir, lakin seçki pozuntularını əks etdirən cəmi bircə videonu ortaya qoya biliblər. Seçici fəallığının yoxluğunu əks etdirən video-foto görüntülər isə, əksinə, bəs deyən qədərdir.
Bunun əsas səbəbi, şübhəsiz, kütləvi şüurun artıq seçkilərlə nəyinsə dəyişəcəyinə ümidi itirməsidir. İkinci və sıra sayı ilə digər səbəblər arasında gənc nəsildən ibarət böyük əksəriyyətin mötədil-islahatçı siyasi qanaddan məyusluğu, korrupsiya bataqlığına yuvarlanmış hakim elitalara inamsızlıq və s. sadalamaq olar.
Əslində, seçici fəallığının yüksək olmayacağı gözləntisi əvvəlcədən var idi və təbliğat kampaniyası dövründə namizədlərin demək olar ki, hamısı bunu nəzərə alaraq, bir növ, şirin vəd dozaları ilə kütləni peyvəndləməyə səy göstərib. Etnik-məzhəbi amildən faydalanma (yaxud sünni əhali kəsimi və milli azlıqların rəğbətini qazanma cəhdi) xüsusilə qabarıq olub. Namizədlərin türkdilli bölgələrə ayrıca səslənməsi də.
Əvvəlcə islahatçı Əbdülnasir Hemməti “Entexab”a müsahibəsində “Azərbaycan uşağı” olduğunu, teledebatlarda isə (və təbliğat çarxında) Möhsün Mehrəlizadə, Möhsün Rezayi və İbrahim Rəisi ölkənin şimal-qərb və qərb əyalətlərindən olan seçicilərə “türkün məsəli”ni xatırladıblar.
Bununla belə, islahatçılığından daha çox populist açıqlamaları ilə fərqlənən Möhsün Mehrəlizadə Təbrizdə keçirdiyi görüşdə ətrafına böyük tərəfdar toplaya bilməyib; İbrahim Rəisi isə (ərəbdilli əhalinin çoxluqda olduğu Xuzistanın Abadan şəhərinə səfərdən sonra) eyni bölgədə yalnız inzibati resurs hesabına özünə geniş rəğbət görüntüsü yarada bilib.
Həmin bölgələrdə hər bir namizədin nə qədər səs topladığı bilinməsə də, ümumən türkdilli əyalətlərdə seçkidə iştirak faizi belə bölünüb:
Şərqi Azərbaycan – 45%
Qərbi Azərbaycan – 46%
Ərdəbil – 54%
Zəncan – 53%
Qəzvin – 52%
Həmədan – 47%
Hətta türkdilli əhalinin çox olduğu paytaxt Tehranda seçici fəallığı 30%-i adlamayıb.
Sosial-iqtisadi qayğılar namizədlərin platformasında ana maddələr olsa da, ətraf dünya ilə bağlar arxa planda qalsa da, hamının bildiyi bir həqiqət var: İranın xarici siyasətində uğurlar olmadan, yəni ümumməqbul nüvə sazişi, sanksiyalar məngənəsinin ləğvi, dünyaya açılma yoxluğunda ölkə yerində sayacaq, hətta xeyli geriləyəcək.
Yeni seçilən prezident İbrahim Rəisinin mühafizəkar baxışlarını bilərək bu baxımdan nikbin düşüncə üçün əsaslar görünmür. Əksər müşahidəçi Rəisini İran siyasətinin “qalib qara atı” kimi dəyərləndirir və haqlı olaraq güman edir ki, bir çox mühüm məsələlərdə, xüsusən, Qərblə əlaqələr məsələsində, elə əvvəllər olduğu kimi, yekun qərarı yalnız Ayətullah Xamnəi verəcəkdir.
İbrahim Rəisinin administrasiyasında xarici siyasət qurumuna kimin rəhbərlik edəcəyi də mühüm məsələdir. Hələlik daha çox Ali Təhlükəsizlik Şurasının keçmiş katibi və nüvə müzakirəçisi Səid Cəlilinin adı hallanır.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fədahüseyn Malikinin zənnincə, yeni administrasiya bölgə ölkələrinə və ilk növbədə, qonşu dövlətlərə daha çox diqqət yetirəcək. “Çünki bu ölkələr ticari-iqtisadi, siyasi və təhlükəsizlik ölçüləri ilə çox vacib imkanlara sahibdir”.
Tehrandakı hökumət dəyişikliyi ölkə kənarında da qayğılı nəzərlər doğurub.
Avropa İttifaqı Xarici Siyasət Komissiyasının rəhbəri Jozep Borrel İranda keçirilən seçkilərin nüvə sazişinə təsir etməyəcəyinə ümidvar olduğunu bildirib.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan “Biz Rəisinin dünyagörüşünə etiraz edirik və onunla heç bir dəyəri və ortaq marağı bölüşmürük", – deyib və əlavə edib ki:
“Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq razılaşmaya yenidən qoşulma qərarı Ali lider Ayətullah Xamnəinin qərarlarından asılı olacaq”. Sallivanın sözlərinə görə, yalnız ABŞ-la uzunmüddətli razılaşma mümkün olduğu təqdirdə, Tehranın sərt sanksiyalar və beynəlxalq təcriddən qurtuluşu mümkündür.
Göründüyü kimi, Qərb İranın müqavimətinə boyun əymək niyyətində deyil. Bunu İbrahim Rəisinin bağlı olduğu elita da yaxşı qanır və yeni seçilən prezidentin xarici işlər naziri Məhəmməd Cavad Zərifi bu gün, iyunun 21-də hüzuruna dəvət etməsi və Vyanada aparılmış son nüvə danışıqları barədə məlumatlanması buna əyani dəlildir.
Türkün məsəli, ifrat mühafizəkarlıqla öyünüb mitinqlərdə “Biz Ağ Evi hüseyniyyəyə çevirəcəyik”, - çığıra bilərsiniz, amma aksiyadan qayıdan elektorat Tehranın “qara bazarı”nda 1 ABŞ $-ı =25.000 tümən məzənnəsini gördükdə, inqilabi şüarlar anidən buxarlanacaq.
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub