"Qara dəlik” əxlaqı - Əməkdar jurnalist yazır
20-06-2021 [22:53]
Elçin Mirzəbəyli,
Əməkdar jurnalist
***
İki gündür sosial şəbəkələrin Azərbaycan seqmentində əziz həmkarımız, bacımız Fülya Öztürk haqqında çəkilən filmlə bağlı müzakirələri izləyirəm. Və... keçirdiyim hissləri ifadə etməyə söz tapa bilmirəm.
Nə baş verir? Kimdir kiçicik bir minnətdarlıq jestinin ətrafında fırtına qoparanlar, miskin eqolarını milli qürur adına ictimai rəyə sırıyanlar? Məqsədləri nədir? Bəlkə Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində gerçəkləşən xəyallarımız, Şuşada Azərbaycan-Türkiyə müttəfiqlik Bəyənnaməsinin imzalanması kimlərinsə yuxularına haram qatıb?! Və xalqın qəzəbindən qorxub bəyannamənin əleyhinə çıxış edə bilməyənlər, indi məhv olmuş ümidlərinin qisasını ən çətin günlərdə bizimlə birlikdə olan, özünü təhlükəyə atan, səsimizi dünyaya duyuran Fülya Öztürkdən almağa çalışırlar?
Fülya Öztürk haqqında film çəkilir? Çox yaxşı! Bunu yalnız alqışlamaq lazımdır. Zənnimcə 44 günlük Vətən müharibəsi dövründə informasiya savaşında bizimlə yanaşı addımlayan, hətta bizdən dəfələtlə öndə olan qardaş ölkənin jurnalistləri haqqında ayrı-ayrılıqda sənədli filmlər çəkilməli, proqramlar hazırlanmalıdır və bu davamlı bir şəkildə həyata keçirilməlidir ki, sosial şəbəkələrdə Azərbaycan-Türkiyə birliyindən çat verənlər paramparça olsun, dişləri dillərini, barmaqlarını gəmirsin!
Qanmayanlar üçün
Fülya Öztürk haqq savaşımızda bizlərdən biri kimi mücadilə aparan Türkiyə mediasını simvolizə edən bir xanımdır. Tale elə gətirib ki, Gəncənin mənfur düşmən tərəfindən atəşə tutulduğu o müdhiş gecənin yaşantılarını ifadə etmək ona qismət olub. Bu həm də şans məsələsidir...
Hörmətsiz kimlər və kimsələr, Gəncəni alova və qana bürüyən o müdhiş gecəni, Fülya Östürkün fəryadımızı dünyaya hayqıran səsini, göz yaşlarını xatırlayın! Fülya dünyanın gözü qarşısında baş verən insanlıq faciəsinə ağı deyirdi... Xatırladınızmı? İndi ölüb yerə girin! Bu qədər də olmaz! Sizə kiçicik bir yaxşılığın qarşılığında həyatını belə qurban verməyə hazır olan Azərbaycan xalqının əvəzindən mühakimə yürütmək, qanınızdakı və əxlaqınızdakı çirkabı Azərbaycan-Türkiyə birliyinin üzərinə tökmək haqqını kimsə verməyib!
44 günlük Vətən müharibəsi dövründə Türkiyə mediasının bizə verdiyi dəstək, sadəcə gördüyümüz, yaxud eşitdiklərimizdən ibarət deyil. Həm müharibə dövründə, həm də daha sonra ölkəmizə gələn əksər xarici media nümayəndələri, sözün bütün mənalarında Türkiyə üzərindən gəliblər. Biz informasiya müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Türkiyə mediasının dəstəyi sayəsində maneələri dəf etməyi bacarmışıq. Axı bütün bunlar 10 il, yaxud 20 il öncə baş verməyib, gözümüzün önündə cərəyan edib. O çətin və şərəfli günlərdə hara baxlrdınız, gözünüz kimlərin “kanal”ında idi ki, gözə sıçrayan bu reallıqları görə bilməmisiniz?
Siz kor olmağa davam edin, Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı görür və ona bir misqal yaxşılıq edənləri də göz-bəbəyi kimi qorumağı, sevməyi bacarır.
...Hələ qarşıda görəcəyiniz günlər var, e... Şuşa bəyannaməsindən sonra Azərbaycan-Türkiyə media platforması bütün gücü ilə işə düşəcək, ortaq layihələr həyata keçiriləcək, ortaq media qurumları yaranacaq. İndidən və belə sıradanbir hadisədən çatlasanız çiliklənərsiniz. Çalışın indi ortaya çıxan gerçək kimliyinizin bir parçasını da Azərbaycan-Türkiyə Media Platformasının tam gücü ilə fəaliyyətə başlayacağı günə saxlayın... O zaman Gəncəyə atılan erməni raketi kimi birdən partlayarsınız...
Anlayanlar üçün
Asi olmaq asandır, tapınmaq isə çətin - bu yanaşma son 30 ilin kataklizmlərindən, bir formasiyadan digərinə daşınan cəmiyyətin ziddiyyətlər dolanbacından keçən bir insanın heç vaxt dəyişməyəcək qənaətidir. Tapınmaq şükür etmək mərifəti, səbir, dözüm, dayanıqlılıq tələb edir, asilik isə miskin bir təkəbbürün bütün mümkün vasitələrlə ətrafa nümayiş etdirilməsinə xidmət edən, natamamlıqdan doğan inkarçılıqdır. Tanrıya tapınmaq, şükran olmaq, minnətdar olmağı bacarmaq insan əxlaqının, mənəviyyatının, dünyagörüşünün zirvəsidir.
Ən kiçicik bir xeyirxahlığa görə bu və ya digər şəxsə minnnətdar olmağı bacarmayan, yaxud minnətdarlığı “qürurun aşağılanması” kimi qəbul edərək təkəbbürünün dar çərçivəsindən çıxa bilməyənlər heç vaxt Tanrıya verdiyi nemətlərə görə şükran ola bilməzlər. Çünki minnətdarlıq bacarığı, şükranlıq bütöv bir anlayışdır və heç bir halda ayrı-ayrı şəxslərə münasibətdə fərqli formalarda təzahür edə bilməz. Əgər edirsə, deməli, ortalıqda yeni umacaq, məkr və hiylə var...
Elə insanlar var ki, qəlbləri və təfəkkürləri məchul “qara dəlik” kimidir. Belələri Tanrının vəsilə olduğu yaxşılıqları, xeyirxahlıqları, nəcib əməlləri udur, yenisini umur və sanki, belə olmalıymış kimi “yollarına” davam edirlər. Əvəzində isə nəinki cəmiyyətə, heç öz yaxınlarına belə heç nə vermirlər. Bir xoş sözü, xəfif təbəssümü belə başqalarına qıymır, işıq udur, qaranlıq paylayırlar.
Xeyirlə Şərin, işıqla qaranlığın mücadiləsinin yaşını kimsə bilmir. Lakin bu əbədi mücadilənin, savaşın içərisində belə bəşəriyyətin mövcudluğunu qoruyub saxlayan, Tanrının düzənlədiyi və bir kimsənin poza bilməyəcəyi ilahi harmoniya var. Hətta bətnindən zülmətlər doğuran milyonlar belə Azərbaycan və Türkiyənin də içində yer aldığı bu düzəni poza bilməzlər. Yalnız özlərinə zülm edə bilərlər.
Mia.az
Zelenskidən İlham Əliyevə minnətdarlıq: "Strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”
32 yaşlı ər 34 yaşlı arvadını öldürdü - Lənkəranda
ABŞ-də baş verən atışmada 1 nəfər ölüb, 4 nəfər yaralanıb
"SƏDƏRƏK"DƏ GÜCLÜ YANĞIN... - VİDEOLAR, FOTOLAR (Yenilənir)
Azərbaycan XİN: "Müstəqillik gününüz mübarək, Ukrayna!”
Sabahın hava proqnozu açıqlanıb
"Ərazi bütövlüyü və suverenlik məsələlərində..." - İlham Əliyev Zelenskiyə məktub göndərdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramil Səfərovun həyat yoldaşı müşavir vəzifəsindən ayrıldı
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri istefa verib
"Qarabağ" - "Ferentsvaroş" oyununa 30 minə yaxın bilet satılıb
Röya Ayxanın şikayət etdi, "lent.az”ın instagram səhifəsi bloklandı - Mətbuat Şurası hansı addımı atmağa hazırlaşır?
Politoloq niyə “xarici agent”lər siyahısına salındı? - İddia
Azərbaycanlı tələbə Türkiyədə saxlanılıb - Deport olunacaq
İradə Muradova Yasamalda öldürülüb (Yenilənib)
Günel Gözəlova yeni vəzifəyə təyin olundu
Məşhur kriminal Azərbaycandan ölkəsinə göndərildi
Füzulidə yanğın törədən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
“qemgin_20” adlı səhifənin sahibi saxlanıldı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zelenski: "Rusiya Putinlə görüşün qarşısını almaq üçün hər şeyi edir" - "ABŞ-dan güclü siqnal alırıq"
Tramp: "Bu məsələ bir az neft və sirkəyə bənzəyir"
Ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Ağdarədə dağlıq ərazidəki yanğın söndürülüb - VİDEO
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
Türkiyədə daha bir zəlzələ oldu - 4.3 bal gücündə
ƏLİYEV, BERDİMƏHƏMMƏDOV və MİRZİYOYEV BİR ARAYA GƏLDİ: yeni sənədlər imzalandı - Türkmənistanda + FOTOLAR (Yenilənib)
Qəzzada ölənlərin sayı 62263 nəfərə yüksəldi
Əli Əsədov Vanq Lijun ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Kolleclərə qeydiyyat tarixi uzadılıb
“Risalət Travel”in yaradıcı Rasim Şahbazov qandallandı
Əliyev "Bölgədə yeni, əməkdaşlıq formatı yaradılır" dedi, Özbəkistan lideri yeni təkliflər verdi: Xəzər və Zəngəzurda...
Türkiyədə reper güllələndi - Konsertdə+ VİDEO
QARABAĞA SƏFƏR: daha bir icazə imkanı yaradıldı
Polis əməliyyatı: saxlanılanlar var
Deputat: "Kimlərsə mənim adımdan provokativ məlumatlar yayır" - Məlahət İbrahimqızı "pensiya xəbəri"ni təkzib etdi
QARABAĞA KÖÇ: daha bir kəndə 252 nəfər köçürüldü
BMT Qəzzada tam aclıq vəziyyəti elan edib: "Bu, dünya üçün utancdır"
“Hər şeyimizə həbs qoyublar" - Şərurlu İsfəndiyar kimə minnət qoyur?
Vəzifəli şəxsə 8 günlük həbs cəzası verildi
İran hava məkanının bir hissəsini qapatdı