İSBAM ukraynalı jurnalistləri "Zəfər Media Mükafatı" ilə təltif etdi - FOTOLAR

img

17-06-2021 [15:15]


İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin  (İSBAM) təsis etdiyi " Zəfər Media Mükafatı" Kiyev şəhərində bir qrup ukraynalı jurnalistə təqdim edilib.

Mia.az xəbər verir ki, mərasimdə çıxış edən İSBAM sədri Samir Adıgözəllinin sözlərinə görə, təltif olunanlar Azərbaycanla bağlı xüsusi reportaj, sənədli film hazırlamış  jurnalistlərdir: "Ölkəmiz haqqında reallıqları, Qarabağ həqiqətlərinin Ukrayna və dünya ictimaiyyətinə çatdırılmasında hər birinin əməyi təqdirəlayiqdir. İSBAM  olaraq onları bir araya gətirib ölkəmizin ictimaiyyəti adına təşəkkür edərək, təltif etdik".

"Kiyev Prezident" hoteldə keçirilən təqdimat mərasimində Birləşmiş Ukrayna Azərbaycanlıları konqresinin sədri Rövşən Rovshan Tagiyev , tanınmış jurnalist Mohsum Aslanov  da  çıxış edərək təltif olunan jurnalistlər və Ukrayna Azərbaycan əlaqələri haqqında fikirlərini bölüşüblər.

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR