Sabiq deputat İbrahim İbrahimli vəfat edib

img

16-06-2021 [09:50]


İstiqlalçı millət vəkili İbrahim İbrahimli vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı məlumat verib.

O bildirib ki, uzun illər siyasət meydanında birlikdə mübarizə apardığı, zindanda kamera yoldaşı olan dostunun vəfat etməsi xəbərindən çox üzülüb:

"İbrahim bəy Milli Azadlıq Hərəkatının öncülllərindən biri, istər Naxçıvanda, istərsə də Bakıda fəaliyyət göstərdiyi dövrlərdə daim mübarizənin önündə olan fədakar vətənsevərlərdən idi.

Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Yaxınlarına, dostlarına, bütün Azərbaycan xalqına baş sağlığı verirəm.

Allah rəhmət eləsin".

Digər xəbərlər
SON XƏBƏRLƏR