Avropa çempionatı: Rusiya yığması qalib gəldi

img

16-06-2021 [19:00]


Futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tura start verilib.

Mia.az xəbər verir ki, B qrupunda turnirin ev sahiblərindən Rusiya millisi Finlandiyanı qəbul edib. Sankt-Peterburqdakı eyniadlı stadionda keçirilən görüş rusiyalıların qələbəsi ilə başa çatıb - 1:0.

Görüşdə yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Aleksey Mirançuk vurub.

Bu qələbədən sonra xallarını 3-ə çatdıran Rusiya seçməsi qrupda 2-ci pilləyə yüksəlib. FEyni xala malik Finlandiya yığması isə 3-cüdür.

Qeyd edək ki, bu qrupun Danimarka - Belçika matçı sabah oynanılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR