Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb - Qərargah son məlumatı yaydı

img

16-06-2021 [17:37]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 291 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 038 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib, aktiv xəstə sayı 1294 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 023, ötən müddət ərzində isə ümumilikdə 3 644 912 test aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA