15 iyun şifrələri: Ərdoğan niyə məhz bu tarixdə Şuşaya səfər etdi?
15-06-2021 [16:03]
Samir Feyruzov,
Azsiyasət.com-un Baş redaktoru
***
Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu həmin vaxt idi ki, Azərbaycan müstəqil dövlət kimi öz suverenliyini, müstəqlliyini tamamilə ilə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ermənistanla atəşkəs elan olunandan 26 il sonra – 2020-ci ildə İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan işğalda olan torpaqlarını azad etdi. Rüsvayçı məğlubiyyətə uğrayan Ermənistanda hazırkı vəziyyət olduqca kritikdir. Revanşist qüvvələrin pafoslu çağırışları, hökumətin idarəçilik mexanizmlərinin tamamilə iflic olması, erməni xalqının davamlı ertiraz mitinqləri rəsmi Yerevanın ağır şərtlərlə üz-üzə qoyub. Azərbyacan isə qalib dövlət kimi bütün resurslarını yenidən ordunun möhkəmlənməsinə, iqtisadi-sosial layihələrin reallaşdırılmasına və Qarabağın dirçəldilməsinə yönəldib. Ölkənin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi Azərbaycan xalqının iradəsinin ifadəsi kimi öz təsdiqini tapmaqdadır.
İyun ayının 15-i Azərbyacan xalqı üçün xüsusi əhəmiyyət daşıyan təqvimdir. Xalqım;z;n qurtuluş günü olan 15 iyun tarixi 2021-ci ildə Azərbaycan üçün ikiqat əhəmiyyətli tarixi hadisəyə çevrilir. Belə ki, qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan;n Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşada olması olduqca ciddi siyasi-iqtisadi və beynəxalq əhəmiyyətə malikdir.
Bəs Ərdoğan niyə məhz 15 iyun tarixində - Milli Qurtuluş Günündə Şuşaya səfər edir? Bu, təsadüfdürmü? Yoxsa bu səfərin şifrələri var...

Birincisi, Qarabağın işğaldan azad edilməsindən sonra bu torpaqlara rəsmi səfər edən ilk dövlət başçısı R.T.Ərdoğandır. Bu amil Türkiyənin Qarabağın təhlükəsizliyi ilə bağlı bundan sonra da ciddi siyasi iradə ortaya qoyacağının göstəricisidir.
Həmçinin, Şuşanın Mədəniyyət paytaxtı elan edilməsindən sonra Türk dünyasının lideri hesab olunan Ərdoğanın bu səfəri Şuşanın təkcə Azərbaycan üçün yox, bütün türk dünyası üçün mühüm tarixi-mədəniyyət paytaxtı olmasının təsdiqi və nümayişidir.
İkincisi, Prezident İlham Əliyev Ərdoğanı məhz Qarabağda qarşıladı. Prezident səviyyəsində qarşılanma mərasiminin Qarabağda təşkili işğaldan azad edilən ərazilərin bundan sonra paytaxt Bakı qədər əhəmiyyətli bölgə olacağının Ermənistana da, bütün dünyaya da xatırlatmasıdır.
Üçüncüsü, Azərbaycan-Türkiyə arasında bağlanacaq Böyük Müqavilənin Şuşada imzalanacağı bu bölgənin özünün siyasi-iqtisadi əhəmiyyətini artıracaq. Türkiyənin Azərbaycanla hərbi sahədəki əməkdaşlığı bundan sonra daha bir inqilabi mərhələyə qədəm qoyacaq.
Dördüncüsü, Rusiya sülhməramlılarının Qarabağda olmasına baxmayaraq, bu səfər bölgədə Türkiyənin nüfuzunun və resurslarının artacağı ilə nəticələnəcək. Qarabağın dirçəldilməsində Türkiyənin milli inkişaf konsepsiyalarından səmərəli şəkildə istifadə olunacaq.
Məsələ ilə bağlı Azsiyasət.com-a danışan sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirdi ki, Ərdoğanın bu səfərinin 15 iyun tarixinə təsadüf etməsinin Heydər Əliyevin adı ilə bağlı olan tarixi günlə birbaşa bağılılığı var:

“Təbii ki, Prezident İlham Əliyev öz siyasi karyerasına başlayanda bildirib ki, Heydər Əliyevin siyasi kursunu davam etdirəcək. Bu baxımdan Ərdoğanın səfəri Türkiyənin əsas dostu, mütəffiqi Azərbaycan üçün də əhəmiyyətli bir tarixi günə düşməsi vacib məsələdir”.
MİA.AZ
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib