PUTİNDƏN NATO-ya SƏRT MESAJ: "Afərin sizə! Haqlısınız, bizi uşaq kimi aldatdınız"

img

15-06-2021 [11:48]


Rusiya prezidenti Putin Ukraya lideri Zelenskinin Twitter hesabından "NATO Ukraynanı ittifaqa qəbul edəcək" mesajına və NATO-nun son bəyanatına sərt etiraz edib.

Mia.az xəbər verir ki, Putin bu barədə NBC-nin əməkdaşı Kim Simmonsə müsahibəsində söz açıb.

Putin NATO-nun Şərqə doğru genişləyərək Rusiyanın sərhədlərinə yetişmə cəhdini qəbuledilməz olduğunu deyib:

"Sonra da bizim davakar davrandığımızı deyirlər. Nədənmiş o? Bunlara görə Sovet İttifaqı dağılandan sonra Rusiya ABŞ və Avropa ölkələri üçün təhdid daşıyırmış. Biz planlı təlimlər keçiririk. Rusiya bunun üçün böyük pul xərcləyir. Bunun qarşılığı nə oldu? NATO sərhədlərimizə can atır. NATO niyə Rusiyanın təlimlərindən narahat olmalıdır ki? Bunu anlaya bilmirəm".

Putin daha sonra NATO zirvə toplantısından çıxan ortaq bəyanatda Rusiyaya davakar xəttindən əl çəkilməsi barədə çağırışı nəzərdə tutaraq deyib ki, ittifaqın genişlənməyəcəyi vədi ortada yoxdur: "Belə vəd harada yazılıb? Afərin sizə! Haqlısınız, bizi uşaq kimi aldatdılar. Görünür, hər şeyi sənədlə həll etmək gərəkdir".

Putin sonda deyib ki, NATO kiberhücümla bağlı bir savaş meydanı elan edirsə, demək ki, nələrsə hazırlanır: "Əlbəttə, bu, bizi narahat etməyə bilməz".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR