Məşhur biznesmenin ərköyün oğlu Novxanıda 4 nəfəri öldürdü, qaçmaq istəyərkən... – FOTOLAR

img

15-06-2021 [10:31]


Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

Mia.az APA-ya istinadla xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb.

Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Ağayevin kürəkənidir.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR