Prezident və Mehriban Əliyeva Qarabağ zonasında: İlham Əliyev şirkət rəhbərini sorğu-suala tutdu - Yeni açılışlar oldu (Yenilənib)
14-06-2021 [19:30]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə gəliblər.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verildi.
“AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev: Cənab Prezident, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə yanvar ayında başlanmışdır. Bu plakatda 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı əks olunub. Təyyarələrin enişi iki tərəfdən də təmin olunur. Bu günə biz uçuş-enmə zolağının və perronun tikintisində torpaq işlərini bitirmişik. İndi biz yol geyiminin tikintisi ilə məşğuluq.
Prezident İlham Əliyev: Görürəm yola artıq asfalt vurursunuz.
Kamil Əliyev: Bizim proqramımıza əsasən, sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək. Biz bu tikintini aparmaq üçün burada - Quruçayda iki asfalt zavodu quraşdırmışıq, üç daşqıran qurğu da var.
Prezident İlham Əliyev: Burada olan materiallardan istifadə edirsiniz?
Kamil Əliyev: Həm burada, həm də Zəfər yolunun tikintisində, 17 kilometr yolda istifadə edirik. Perronun ölçüləri 60 min kvadratmetrdir, təxminən 8 ədəd A-320 tipli təyyarə yerləşə bilər. Bir də avtomobil dayanacağı olacaq, 170 avtomobillik.
Prezident İlham Əliyev: Bu, Füzuliyə gedən yolla əlaqələndirilib.
Kamil Əliyev: Füzuliyə gedən yolla birləşməsi bu hissədədir. Həm Zəfər yolu ilə birləşəcək, həm də əsas o dördzolaqlı magistral yolla.
Binanın tikintisində beton işləri demək olar, 80 faiz yekunlaşıb.
Prezident İlham Əliyev: Buradadır?
Kamil Əliyev: Bəli, buradadır. Dam örtüyü İtaliyadan gətirilib və artıq Bakıdadır. Türkiyədən fasad materialları gətirilib.
Prezident İlham Əliyev: Bu aeorovağzal kompleksi təxminən nə vaxt hazır olacaq?
Kamil Əliyev: Aerovağzal kompleksi bu ilin sonuna kimi tam istifadəyə verilə bilər. İşlər bu sürətlə getsə.
Prezident İlham Əliyev: Qüllə də tikilir?
Kamil Əliyev: Bəli, qüllə tikilir, aeronaviqasiya, tikinti işləri aparılır. İşıq-siqnal sistemini türk şirkəti işləyir. Yarımstansiya tikilib, işlər hər istiqamətdə aparılır.
Sonra Prezident İlham Əliyev uçuş enmə zolağında görülmüş işlərlə tanış oldu.
Prezident İlham Əliyev: Böyük hissəsi artıq hazırdır?
Kamil Əliyev: 800 metr. Zəngilanda da artıq torpaq işlərinə başlamışıq.
Prezident İlham Əliyev: Orada da başlamısınız?
Kamil Əliyev: Bəli. Bir də Laçın rayonunda aeroportun tikiləcəyi yerə də getdik, layihədə harada yerləşir, onu da müəyyən etdik. Torpaq işi böyük həcmdədir.
Prezident İlham Əliyev: Bilirəm, orada dağlar kəsilməlidir. Bu iş də nəzərdə tutulur. Nə vaxt başlayacaqsınız?
Kamil Əliyev: Biz artıq mobilizasiya olunuruq. Orada ofisimiz var, artıq texnika aparmışıq.
Prezident İlham Əliyev: Çox yaxşı. Avtomobil yolunda işlər necə gedir?
Kamil Əliyev: Cənab Prezident, Füzuli-Şuşa yolunun 17 kilometrlik hissəsidir, bir də bizdə Füzuli-Hadrut yolunun 10 kilometridir. Biz bu yaxınlarda Ağbənd yolunun tikintisi ilə bağlı müqavilə də imzaladıq.
Prezident İlham Əliyev: Bəli, onu demişəm. Horadiz-Ağbənd yolunun yarısını siz inşa edirsiniz.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar.
Mia.az xəbər verir ki, dövlət başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub.
Mia.az xəbər verir ki, dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.
***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər.
Mia.az xəbər verir ki, dövlət başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.
Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Bildirilib ki, yarımstansiya, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Dövlət başçısı “Füzuli” yarımstansiyasını işə salıb.
Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.
Sonra Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyasının da məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə açılışını etdi.
Bildirilib ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.
Diqqətə çatdırılıb ki, işğaldan azad edilən digər rayonlarda tikiləcək yarımstansiyaların Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün yenidən qurularaq genişləndirilən “Şükürbəyli” yarımstansiyasına İmişli yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq xətt çəkilib. Eyni zamanda, “Şükürbəyli” yarımstansiyasından Şuşaya 75 kilometrlik ikidövrəli 110 kilovoltluq xətt çəkilib və həmin xətt Füzuli şəhərində yeni tikilən 110 kilovoltluq yarımstansiya ilə əlaqələndirilib. Paralel olaraq hazırda “Şükürbəyli” yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən 110/35/10 kilovoltluq yarımstansiyalara ikidövrəli 110 kilovoltluq yüksək gərginlikli elektrik veriliş xətti çəkilir.
GÖMRÜKÇÜLƏRİN CİNAYƏT İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ
Dövlət Agentliyi 279 min manata ofis icarəyə götürüb
"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib
Müğənnini "Maybach"da qarşılayan icra başçısından 163 min manatlıq "alış-veriş": vedrə, xəkəndaz, zibil torbaları və
Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək
Azərbaycanın iki idmançısı cəzalandırılıb - Dopinqə görə
Azərbaycandan Rusiya səfirinə tələb: “Cənab səfir, bizə cavab verin”
Lənkəranda məzar daşını sındıran şəxs həbs edildi
Cəbrayılda 40 yaşlı şəxs minaya düşüb
Qazaxda yanacaq daşıyan avtomobil yanıb, ölən var
Stomatoloqlar TƏBİB-in qərarına etiraz edirlər
“Mossad” İlham Əliyevdən sitat paylaşdı - FOTO
"Mən satqın deyiləm, iqtidar..." - Maduronu ABŞ-a satdığı iddia olunan vitse-prezident dilə gəldi
Həbsdə olan həkim azad edilib - Məhkəmə prosesi
Azərbaycan Kubokunun 1/4 finalı: oyunların vaxtı bəlli oldu
Sabah hava necə olacaq? - Proqnoz
Misli.az-ın etibarlılıq problemi: balans səhvi, pul silinməsi...
Gövhər Rzayeva: "Kişinin bir arvadı olar, ikinci arvadlıq heç nə gətirmir, onun ağlayanı da olmayacaq"
Müğənninin qardaşı: "O, Dubayda dəbdəbəli toyda iştirak etməyib”
“Azər Türk Bank” ASC-nin baş direktoru vəzifəsinə yeni təyinat olub
Azərbaycanda bu qəzet və jurnal bağlandı
Azərbaycan beş gəmisi niyə sanksiyaya məruz qalıb? - Təfərrüat
Yunan jurnalistin Ərdoğanla bağlı sərsəmləməsinə sərt reaksiya: "Cəsarət edən varsa, hodri meydan!"
Təbriz, Ərdəbil və Zəncana əlavə təhlükəsizlik qüvvələri yeridilib
6 günlük sirr çözüldü: Suriya prezidenti və köməkçisi iclasda vurulubmuş - İngilislər Şaranı qoruyub
"Sosial eksperiment" adıyla əvvəl bir manat, sonra isə... - Xırdalanda dələduzluq edən şəxs tutulub
MADURO VƏ XANIMI DÖYÜLÜB? - ABŞ "Əməliyyat zamanı qaçarkən başları ora-bura çırpılıb", - deyir
Çində zəlzələ olub - Uyğur bölgəsində
Gəncədə 17 yaşlı gənc 23 yaşlı daşkəsənlini öldürdü
Azərbaycan nefti cüzi ucuzlaşıb
Vaqif Hacıbəylinin səhhətində problem yaranıb: "Bu gün Yeni Klinik Xəstəxanaya yerləşdirdik"
Siqaretlərin qiymətləri 50-60 qəpik qalxıb - Dövlət Agentliyi indi "yuxudan ayılıb"
Qazlı içkilər, şokolad və şirniyyat məhsulları, pizza, tort, sendviçlər... - Bu ölkədə bunların reklamı qadağan edildi
Venesuelada xarici jurnalistlər saxlanıldı
Filippində güclü zəlzələ oldu - 6.4 bal gücündə
Kollecə direktor müavini və icraçısı təyin olunub
"Fənərbağça"nın qolkiperi komandadan ayrılır
AVROPANIN İKİ ƏSAS ÖLKƏSİ UKRAYNA İLƏ BAĞLI ANLAŞDI - Makron Ankaraya eyham vurdu, "Türkiyə dəniz müdafiəsində istəklidir" dedi
İstefa verən daha bir deputat Ərdoğanın partiyasına qatılır
Türkiyə şokda: məşhur şəxslərin qanında kokain aşkarlandı - Narkotestin cavabları açıqlandı (SİYAHI)
"Fənərbağça"nın məşhur oyunçusuna sürpriz təklif var
Şeyma Subaşı ifadəsində etiraf etdi: "Narkotik qəbul edirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Super Kubok: "Qalatasaray"ın rəqibi bəlli oldu
Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağda mina axtaracaq - ANAMA 7 milyondan çox pul ayırdı