Bakıda evdən 5 min manatlıq oğurluq edilib

img

14-06-2021 [12:41]


Bakıda evdən oğurluq edən şəxs tutulub.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə iyunun 1-dən 6-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki evlərin birindən 5 000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Hüseynzadə müəyyən edilərək saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:56 25.09.2021

Sabah yağış yağacaq