“ABŞ və AVROPA İTTİFAQI QAFQAZA DÖNDÜ" - Rəsmi Tbilisidən Azərbaycan-Ermənistan arasındakı son razılaşma ilə bağlı mühüm mesajlar
12-06-2021 [23:16]
“Azərbaycan və Ermənistan arasında humanitar razılaşmanın əldə olunması münasibətilə Gürcüstanın baş naziri İrakli Qaribaşvilini təbrik edirəm”.
Bunu Gürcüstan prezidenti Salome Zurabişvili tvitter hesabında yazıb.
Dövlət başçısı qeyd edib ki, Gürcüstan tarixi vasitəçi roluna qayıdıb: “ABŞ və Avropa İttifaqı Qafqaza dönüb, etimadın möhkəmləndirilməsi dayanıqlı sülhə aparan yoldur”.
Xatırladaq ki, Gürcüstanın baş nazir İrakli Qaribaşvili bu gün Ermənistanın Ağdam üzrə mina xəritəsini verməsinin qarşılığında 15 erməni hərbçinin geri verilməsi barə aşıqlama verib.
O deyib: “Şadam ki, fəal dəstəyim və strateji tətəfdaşımız – ABŞ-ın dövlət katibinin müavini Filip Rikerin iştirakı ilə Azərbaycan tərəfi Ermənistanın 15 vətəndaşını azad edib və onlar Gürcüstan ərazisi vasitəsilə öz ailələrinə geri dönüblər”.
Onun sözlərinə görə, Gürcüstanın fəal iştirakı Ermənistanın Azərbaycan tərəfinə minalanmış ərazilərlə bağlı vacib materialları təqdim etməsinə də imkan verib.
Hökumət başçısı Azərbaycan və Ermənistanın qərarlarını alqışlayaraq qeyd edib ki, bu, uzunmüddətli perspektivdə əməkdaşlıq atmosferinin yaradılması üçün zəmin olacaq.
Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında özünün sülhməramlı funksiyasını və rolunu yerinə yetirib.
O bildirib ki, Azərbaycan və Ermənistanın cavab addımları böyük nailiyyət və ciddi işin nəticəsidir: "Bu gün baş tutmuş proses irəliləyişdir. Bu proses bu gün və ya ötən günün işi deyil. Son iki-üç ayda biz əsas strateji tərəfdaşımızla fəal iş apardıq və nəticə əldə olundu. Şadam ki, bu gün belə nəticəmiz var və mən ilk növbədə, qonşularımız - strateji tərəfdaşımız Azərbaycana və tərəfdaşımız Ermənistana xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.
D.Zalkaliani qeyd edib ki, bölgədə dayanıqlı sülh və sabitlik bərqərar olmalıdır: “Çünki yalnız bu halda regionun inkişaf perspektivi var. Hesab edirəm ki, bugünkü addım irəliyə atılmış ən mühüm addımlardan biridir və gələcəkdə nəticələrini biz mütləq görəcəyik. Biz buna hazırıq və bu prosesi əsas strateji tərəfdaşımızla mütləq inkişaf etdirəcəyik”.
MİA.AZ
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapnı göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı