AVRO-2020: Uels - İsveçrə yığmaları Bakıda sülh bağladı - Prezident və Mehriban Əliyeva oyunu canlı izləyib

img

12-06-2021 [18:58]


Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyunu başa çatıb.

Mia.az xəbər verir ki, final mərhələsinin ilk oyunu Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva canlı izləyib.

Oyuna gəldikdə isə, ilk hissədə hər iki komanda təhlükəli epizodlar yaratsa da, qol vurulmayıb. Görüşdə hesab 49-cu dəqiqədə açılıb. İsveçrənin heyətində Bril Embolo rəqibi mərkəzə dəvət edib. 74-cü dəqiqədə isə Kiffer Mur bərabərlik qoluna imza atıb.

84-cü dəqiqədə İsveçrə yığmasından Mario Qavranoviç topu rəqib qapısından keçirib. Lakin baş hakim Kleman Türpen VAR-dakı referilərə müraciət etdikdən sonra oyundankənar vəziyyət olduğunu bildirib və qolu qeydə almayıb.

A qrupunun ilk oyununda İtaliya Türkiyəni 3:0 hesabı ilə məğub edib.

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR