Sumqayıt Bulvarında kanalizasiya qoxusundan gəzmək olmur - "Belə qoxulu yerə turist gələr?" + VİDEO

img

12-06-2021 [13:32]


Sumqayıt sakinləri artıq 2 aydan çoxdur ki, Sumqayıt Bulvarı boyu dənizdən gələn üfunət- kanalizasiya qoxusundan normal istirahət edə bilmir. Bu səbəbdən bulvarda  nəinki qonaq, yerli sakinlər də yan durmağa çalışırlar.  

Belə qoxulu yerə turist gələr?

Pis qoxunun səbəbi bu Sumqayıt icra hakimiyyətinin rəsmiləri tərəfindən danılsa da dənizə Bulvardakı   çoxsaylı obyektlərdən, yaxınlıqda tikilən çoxsaylı göydələnlərdən axıdılan kanalizasiya-çirkab sularıdır.

20-30 il əvvəl bu ərazi abad olmasa da ,çoxsaylı zavodların fəaliyyət göstərməsinə baxmayaraq sahil çox təmiz idi, burada dəniz qumlu  normal çimərliklər var idi.

Hal-hazırda pis qoxudan başqa bu ərazidəki dəniz sahilində əsl ekoloji faciə ,fəlakət yaşanır.

İnsanlar bura gəlir ki, təmiz hava alsın, stresdən qurtulsun, əvəzində kəskin qoxu baş çatdadır deyə burada  gəzinti “burunlarından” gəlir. Bulvara idman etmək, sağlamlıq üçün gələn adamlar da peşman olurlar.

Əslində əvvəllər də ara-sıra sahildən pis qoxu gəlirdi, amma son zamanlar vəziyyət lap açınacaqlı duruma düşüb, kəskin qoxu davamlı xarakter alıb. Gigeyena və Epidemiologiya Mərkəzindən də Xəzərin Sumqayıt sahillərində aparılan monitorinqlər , kimyəvi və bakterioloji analizlərin nəticələrinə əsasən, Sumqayıt çimərliyində çimmək rəsmən qadağan olunmuşdur.

Bunu görmək üçün monitorinqlərə,  analizlərə əslində  ehtiyac da yoxdur.  Hər şey göz qabağndar.Bu  səbəblərdən bulvar boyu sahildə balıq ehtiyatı  da tükənib. Sahil yosun çürüntüsü, tullantılarla, çirkabla  doludur ki,  bu da adamda romantikadan  çox uzaq hisslər yaradır.

Ərazidə demək olar  heç bir təmizlik işləri aparılmır.  Ara-sıra , ildə-ayda  bir dəfə formal xarakter daşıyan təmizlik aksiyaları keçirilir. 20-30 metr geri çəkilən dənizin bu hissəndə bioresurslar məhv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən  mövcud acınacaqlı vəziyyətlə ,pis qoxunun aradan götürülməsi ilə bağlı  bir tədbir göülməsini xahiş edirik. Sumqayıt sahili boyu  ekoloji vəziyyət artıq çoxdan SOS  siqnalı verir.

Əgər bu pis qoxu elə yerli  məmurlara məxsus olan  bulvardakı obyektlərdən,şəhərdən tökülən çirkab sularından əmələ gəlmirsə onda niyə bəs yaxınlıqdakı Novxanı ərazisində,qonşu sahil ərazilərdə,hətta Hacı Zeynalabdin qəsəbəsində bu cür pis qoxu gəlmir, su belə çirkab vəziyyətdə deyil!?

Səbəbsiz heçnə olmur.

Görünən laqeydlik,icra hakimiyyətinin kanalizasiya sistemini,təmizləyici qurğularını düzgün qurmamasıdır. Məsələ ilə bağlı keçən ay yerli kanallardan birinin ərazidən hazırladığı reportajı da təqdim edirəm.

Azər MURADOV,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR