"Bayden, əlbəttə ki, Trampdan çox fərqlənir, o..." - Putin ona "qatil" deyilməsindən narahat deyil

img

12-06-2021 [11:45]


Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Baydenlə görüş qabağı açıqlama verib.

Mia.az xəbər verir ki, o, “NBC”yə müsahibəsində baydenin bir müddət əvvəl ona "qatil" deməsinə də aydınlıq gətirib.

Putin deyib ki, o, həmişə Rusiya xalqının və Rusiya dövlətinin maraqlarına xidmət edib: 

"Mən  həmiə bu istiqamətdə işləmişəm. Ona görə, fərqli etiketlərdən  narahat deyiləm. Prezident Bayden, əlbəttə ki, Trampdan çox fərqlənir. Ağ Evin hazırkı rəhbəri praktiki olaraq ömrünün böyük hissəsini siyasətə həsr edib. Ümid edirəm ki, amerikalı həmkarım heç bir impulsiv addım atmayacaq”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR