“Free us from landmines” Beynəlxalq Gənclər Konfransı keçirilib - FOTOLAR
11-06-2021 [21:02]
Azərbaycan Respublikasının Gənclər Fondu və ADA Universitetinin birgə təşkilatçılığı ilə 11 iyun tarixində “Bizi minalardan xilas edin” (Free us from landmines) adlı beynəlxalq gənclər konfransı keçirilib. Konfransın əsas mövzusu işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən yerləşdirilmiş minalara dair xəritələrin bu günə qədər Azərbaycana təqdim edilməməsi və bunun davamlı olaraq insan tələfatına səbəb olması idi.
Mia.az xəbər verir ki, konfransda ilk öncə ötən həftə öz peşə vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov daxil olmaqla bütün mina qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, AR Xarici İşlər Nazirliyinin idarə rəisi Cəfər Hüseynzadə, ANAMA təşkilatının şöbə müdiri Elnur Qasımov, tanınmış sosial bloqer Adnan Hüseyn, Türkiyə Gənclər Fondunun rəhbəri Enes Eminoğlu və xarici ölkələrdən olan digər natiqlər öz çıxışlarında Ermənistanın beynəlxalq səviyyədə hərbi cinayət kimi qəbul edilən mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etməsini pisləyərək, gələcək təhlükəsizliyin təmin edilməsi, məcburi köçkün vətəndaşlarımızı öz torpaqlarına qayıtması və işğaldan azad edilmiş torpaqlarımızın bərpa işlərinin aparılması mövzularını müzakirə ediblər.
Natiqlər çıxışlarında post-münaqişə dövründə sosial şəbəkələrdə Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırmaqda fəal olmağın vacibliyini vurğulayıb, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları klişe bəyanatlar verməkdən çəkinməyə və Ermənistanın bu hərbi cinayətini açıq şəkildə qınamağa və mina xəritələrini dərhal və qeyd-şərtsiz Azərbaycana təhvil verilməsini tələb etməyə çağırıblar.
Konfrans iştirakçılarının Ermənistanın bu əməllərinə görə beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi, ərazilərin minalardan təmizlənməsi üzrə beynəlxalq əməkdaşlıq, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin oynaya biləcəyi rol və s. qəbildən olan çoxsaylı sualları panelistlər tərəfindən ətraflı cavablandırılıb.
Azərbaycanın aparıcı gənclər təşkilatları, beynəlxalq gənclər təşkilatlarının yerli nümayəndəlikləri, azərbaycanlı və xarici tələbələr və eləcə də xarici ölkələrin bir sıra gənclər təşkilatlarının nümayəndələrinin də canlı və onlayn şəkildə qatıldıqları konfransda Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirilib, Ermənistanın regionda sülhə əngəl törədən əməllərindən çəkinməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
Hibrid şəkildə təşkil edilən tədbirə Azərbaycandan və xarici ölkələrdən ümumilikdə 300-dən çox iştirakçı qatılıb.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)