Rusiyada killerlik edən üç azərbaycanlının cinayət işi məhkəməyə göndərilib
11-06-2021 [19:23]
2019-cu il yanvarın 31-də Rusiya Federasiyasının Arxangelsk vilayətinin Karqopol rayonu ərazisində Azərbaycan Respublikasının vətəndaşı Ruslan Hüseynovun sifarişlə qəsdən öldürülməsi faktı ilə bağlı Rusiyanın İstintaq Komitəsi tərəfindən başlanmış cinayət işi üzrə Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadənin iştirakları müəyyən edildiyindən ayrılmış cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluqdan Mia.az-a verilən məlumata verə, istintaqla müəyyən edilib ki, Varis Səmədov yuxarıda qeyd edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs və onun yaxın qohumlarının şəxsi və ailə sirri olan foto və videoçəkilişlərini əldə edərək rüsvayedici məlumatlar yaymaq və şəxsiyyətləri üzərində zor göstərmək hədəsi ilə xüsusilə külli miqdarda əmlak tələb edib, habelə sifarişlə və hədə-qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə cinayətinin törədilməsi üçün qrup üzvlərinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmələrinə təşkil və rəhbərlik edib, bundan başqa sifarişlə qəsdən adam öldürmə cinayətini törətməsi üçün həmin cinayətə görə Rusiyada məhkum olunmuş Ruslan Tarasovla sövdələşərək onu cinayətin törədilməsinə təhrik edib.
Cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları Varis Səmədov, Məhəmməd Lətifov və Şahin Qasımzadə cinayətin törədilməsində iştiraklarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 (cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 32.4 (təhrikçi), 32.5 (köməkçi), 120.2.1 (qəsdən adam öldürmə), 182.4 ( hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Bakcell"dən 25 apreldə 100 000 GB kütləvi hədiyyə
Bakıda taxta bazarı yanıb - FOTOLAR (Yenilənib)
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib (Yenilənib)
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb