Nazir Samir Şərifovun iradına belə cavab verdi: "Biz cavabımızda nailiyyətlərimiz haqqında məlumat verdik"

img

11-06-2021 [18:56]


"Bizə elə gəlir ki, bu köhnə dövrə aid olan məsələdir. Biz cavabımızda nailiyyətlərimiz haqqında məlumat verdik".

Bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov maliyyə naziri Samir Şərifovun kino sahəsi ilə bağlı iradlarına cavab olaraq deyib.

O bildirib ki, qısa zamanda kifayət qədər işlər görülüb: “Bundan sonra da kino sahəsində işlər davam etdiriləcək. Bu sahə elədir ki, qısamüddətli nəticələr gözləmək çətindir və bu uzunmüddətli prosesdir. Hazırda Azərbaycan Film Kinostudiyasının maddi bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bundan başqa təmir bərpa işləri də gözlənilir. Kinokonsepsiya yenidən işlənilir və onun beynəlxalq standartlara cavab verməsinə nail olmuşuq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:56 25.09.2021

Sabah yağış yağacaq