Ərdoğan Azərbayacana səfər proqramını açıqladı: "Şuşada İlham Əliyev qardaşımla əhatəli müqavilə  bağlayacağıq"

img

11-06-2021 [15:59]


"İlham Əliyev qardaşımla Şuşada görüşərək iki ölkə arasında əhatəli müqavilə imzalayacağıq".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“NATO sammitində üzv ölkələr gördükləri və görəcəkləri işləri müzakirə edəcəklər. Türkiyə NATO-da ilk 5-likdə yer alan bir ölkədir. Türkiyə ilə ABŞ arasındakı əlaqələri Cozef Baydenlə müzakirə etmək imkanımız olacaq. Bu görüşlərdən sonra Azərbaycana gedəcəyik. Səfər çərçivəsində Fizuliyə gedəcəyik. Daha sonra İlham Əliyev qardaşımla Şuşada görüşüb müavilə imzalayacağıq. Bu, Türkiyə-Azərbaycan arasında əhatəli müqavilə olacaq. Azərbaycandan sonra da Antalyada Cənub Şərqi Avropa ölkələri liderlərinin zirvə toplantısına qatılacağıq”/Report

Ərdoğan NATO sammitində Ermənistanın mina xəritələrini verməməsilə bağlı məsələni də gündəmə gətirəcəyini deyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR