Deputat Əli Məsimli: “Xeyli əlilliyə haqqı olan insanların haqqı tapdalanıb"

img

11-06-2021 [12:49]


“Yaxşı olardı ki, əlilliyin meyarları ilə bağlı qərarlar bizə verilərdi, sonra bu dəyişiklikləri müzakirə edərdik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, ilk baxışda bu forma dəyişikliyi kimi görünsə də, model dəyişikliyidir: “Burada 31-60 heç də 3-cü kateqoriyaya, 61-80 ikinci kateqoriyaya aid olmadığı üçün bu qanunun tətbiqi zamanı problemlər əmələ gələcək. Əlillik ətrafında yaranan sosial narazılıqları aradan qaldırmaq üçün bir sıra əlavə dəyişikliklər də edilməlidir. Əlilliyin müdafiəsinə dair qanunda işləməyən maddələr var. Bu qanun 3 ildir qəbul olunub. Bu qanunda işləməyən maddələri işlək hala salmaq üçün addımlar atılmalıdır. Əlillərin işlə təmin edilməsini, xüsusilə də hər cəhətdən borclu olduğumuz Qarabağ qazilərinin və şəhid ailələrinin işlə təmin edilməsini həyata keçirməliyik. Saxta əlilliklə bağlı rəqəmlər onu göstərir ki, nazirliyin özündə də bu məsələ ilə bağlı tam təfəkkür yoxdur. Saxta əlilliyi alanla bərabər saxta əlilliyi verənlə bağlı qanunda olan maddə də işləmir. Üçüncüsü, saxta əlillik ləğv olunan zaman xeyli əlilliyə haqqı olan insanların haqqı tapdalanıb. Bunun cavabını kim verəcək?! Bu məsuliyyət məsələsi də həllini tapmalıdır. Həmin insanların hüquqlarının müdafiəsi üçün onları bu vəziyyətə məhkum edən insanlar məsuliyyətə cəlb olunmalıdır".

Ə.Məsimli qeyd edib ki, monitorinqlərlə bağlı qanunda olan maddə işləməyə başlasa, ictimaiyyətin iştirakı ilə bu sahədə hansı tərəfin nə qədər günahkar olması, nə qədər haqlı olması istiqamətində ciddi nəticələr əldə oluna bilər: "Əgər bunlar olsa, onda biz Konstitusiyanın müvafiq maddəsini - sosialyönümlü bazar iqtisadiyyatı maddəsini önə çəkə bilərik. Bu zaman biz tibbi modeldən daha çox sosial modelə keçəcəyik. Burada qənaətlə bağlı müzakirələrə ehtiyac yoxdur. Nazirlik indi əlilliklə bağlı maliyyə tutumu ilə, dəyişikliklərdən sonra olan maliyyə tutumunu şəffaf şəkildə təqdim etsə, bu suala cavab tapılacaq”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR