Sumqayıtda əməliyyat: narkotik satan ana və qızı tutuldu + FOTO

img

10-06-2021 [14:00]


Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.

DİN-in mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, nəticədə külli miqdarda, yəni, 2 kiloqram 400 qrama yaxın yüksək təsiredici xassayə malik narkotik vasitələr və 149 ədəd psixotrop tərkibli dərmanlar qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Polis İdarəsinə şəhər ərazisində “Qəmər” və “Sədat” adlı şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində onların əvvəllər dəfələrlə narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olduqlarına görə məhkum edilmiş Sumqayıt şəhər sakinləri Qəmər Cəfərova və qızı Sədat Cəfərova olduqları müəyyən edilib. Polislər tərəfindən saxlanılan zaman Q.Cəfərovanın üzərindən 11 qram satmaq üçün nəzərdə tutulan heroin və psixotrop maddə “metamfetamin” aşkar olunaraq götürülüb. O, ifadəsində narkotik vasitələrin bir hissəsinin isə qızı S.Cəfərovanın evində olduğunu bildirib.

Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq S.Cəfərovanın saxlanılması istiqamətində onun yaşadığı ünvana gedilib. Məsuliyyətdən yayınmaq istəyən S.Cəfərova 18 yaşlı qızını öz çirkin əməllərinə alət edərək evində olan külli miqdarda narkotik vasitələri ona verib təcili yaşadıqları evi tərk etməsini istəyib. Bu zaman o, polislər tərəfindən binanın çıxış qapısında saxlanılıb və əlindəki bağlamaya baxış zamanı anasının gizlətmək üçün verdiyi ümumi çəkisi 1 kiloqram 700 qram narkotik vasitə, o cümlədən, 817 qram heroin, 703 qram “metamfetamin”, 60 qram marixuana, 90 qram tiryək və 141 ədəd satışı qadağan edilən “Metadon” həbləri aşkar olunaraq götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR