Xalq artisti Ramiz Əzizbəyli dəfn olundu

img

10-06-2021 [13:10]


Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli dəfn edilib.

Mia.az xəbər verir ki, mərhum “Qrud qapısı” qəbirstanlığında torpağa tapşırılıb.

***

Xalq artisti Ramiz Əzizbəyli bu gün Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

***

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli vəfat edib.

Mia.az xəbər verir ki, o, bu gün 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Əzizbəyli bir müddətdir koronavirusa yoluxmuşdu. O, daha sonra infarkt keçirmişdi. Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsində müalicə olunurdu.

Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR