Deputatın viran qoyduğu Azərbaycan meşələri: Muxtar Babayev Eldəniz Səlimovun “ekoloji terror”una niyə göz yumur? - VİDEO
07-06-2021 [16:25]
55 saylı Xaçmaz seçki dairəsindən Milli Məclisə deputat seçılmiş Eldəniz Səlimovun rayonun İdrisoba kəndindəki 26 hektar meşə sahəsini məhv edib.
Mia.az Yenicag.az-a xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı-jurnalist Cəmil Məmmədli özünün “YouTube” kanalında yayımlayıb.
Meşə sahəsinin məhv edilməsindən qəzəblənən İdrisoba kənd sakinləri həmin ərazinin Köhnə Xudat bələdiyyəsində məsul vəzifə tutan Faiq Savcıyev tərəfindən külli miqdarda pul qarşılığında deputat Eldəniz Səlimova satıldığını bildiriblər.
Onlar qeyd ediblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri bir ağacın kəsilməsinə görə sakinləri 1000-2000 manat məbləğində cərimələsələr də, 26 hektar meşə sahəsini “şumlatmış” deputat barəsində heç bir ölçü götürmürlər.
Sakinlərin sözlərinə görə, 2004-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin meşə zolağında çox sayda qiymətli ağac əkilmişdi. Lakin meşə sahəsi məhv edilərkən, o qiymətli ağaclar, xüsusilə də 250 qoz ağacı kəsilib.
O da məlum olub ki, Faiq Savcıyev həmin ərazinin yaxınlığında yerləşən 6 hektarlıq meşə sahəsini də eyni qaydada məhv edərək, oradakı 1000-ə yaxın akasiya ağacını satıb.
Narazı sakinlər əlavə ediblər ki, 2011-ci ildə prezidentin Fərmanı əsasında o ərazilərdə torpaq satışı qadağan edildiyi üçün Faiq Savcıyev qanunsuz satdığı torpaq sahələrini saxta sənədlərlə köhnə tarixə rəsmiləşdirib. Sözügedən meşə sahəsinin satışı da 2006-ci il tarixi üzrə sənədləşdirilib.
Sakinlərdən birinin sözlərinə görə, Savcıyev sənədlərlə ona məxsus olan torpaq sahəsini diş həkimi olan Heybət adlı şəxsə satıb, o da iki ildir ki, orada gilas əkib-becərir. Torpağın ona məxsus olduğunu təsdiqləyən sənədləri Heybətə göstərəndə, o, həmin ərazini Faiqdən aldığını deyir.
Xaçmazada torpaq sahələrinin qanunsuz satışı ilə bağlı ilginc “mexanizm”in yaradıldığı da iddia edilir. Bildirilir ki, Xaçmazda rayonun keçmiş rəhbəri Şəmsəddin Xanbabayevin kadrlarından ibarət geniş şəbəkə münbit torpaq sahələrini bələdiyyənin balansına keçirərək, satış əməliyyatlarını məhz yerli idarəetmə orqanının əli ilə reallaşdırırlar.
Hər halda, yayımlanan videomaterialda səsləndirilən iddialar kifayət qədər ciddidir və əhatəli araşdırma tələb edir.
Cəmil Məmmədli bəhs etdiyi meşə sahəsinin “təmizlənməsinə” dair 02 may 2021-ci il tarixdə bağlanmış müqavilənin surətini də özünün sosial şəbəkə hesabından paylaşıb. Həmin müqavilə “Qərb Ekol” MMC-nin təsisçisi Qasımov Namiq Əmiraslan oğlu ilə Səlimov Adil Zeynal oğlu arasında imzalanıb. Anlaşmaya əsasən, adıçəkilən MMC hektarına 2 min manat almaq şərtilə, 27 hektar ərazinin ağac və kol-kosdan təmizlənməsini və daşınmasını öz öhdəsinə götürür. Bu müqavilədə əks olunan məqamlar İdrisoba sakinlərinin deputat Eldəniz Səlimova yönəlik iddialarının heç də əsassız olmadığı qənaətini yaradır.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin haqqında danışılan vəziyyətə bu qədər laqeyd qalması üstündən sükutla keçiləcək məsələ deyil. Çünki sakinlərin də dediyi kimi, bir ağac kəsiləndə, sıravi insanları böyük məbləğdə cərimələyən Nazirlik deputatın adı hallanan “ekoloji terror”a göz yummaqla məşğuldur.
Bu, daha nə qədər belə davam edəcək?
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI