Samirə Əfəndi "Eurovision"dakı bayraq qalmaqalından danışdı: "Həmin rəqqasə xanıma başa saldıq ki..."

img

06-06-2021 [09:27]


"Mən, nə də ki başqaları icazə verə bilməzdik bayrağımız yerdə olsun, nəinki bizim, hətta başqa ölkələrinki də. Hər zaman yerdən götürüb yuxarı qoyurduq. Finalda bayrağı divanın üstünə sərdim ki, orada rəqs edəndə bayraq düşməsin. Arena elə qurulub ki, üstdən çəkiliş zamanı bayraq bizimlə eyni səviyyədə görünürdü".

Bu sözləri müğənni Samirə Əfəndi "Eurovision" müsabiqəsində Azərbaycan bayrağı ilə bağlı yayılmış görüntülər haqda "10-da görüşək" proqramına danışarkən deyib.

O daha sonra bildirb: "Həmin rəqqasə xanıma başa saldıq ki, bunu eləmək olmaz. O qız da bütün rəyləri tərcümə edərək oxuyub səhərəcən ağlayırdı. Mən hərbçi qızıyam, yanımda heç kəs bayrağa hörmətsizlik edə bilməz. O qız çox həyəcanlı idi, insan nə etdiyini bilmir. Finalda bayrağı öpüb üzr istəyəcəkdi, amma bizi çəkmədilər. Hətta Birləşmiş Krallıq təmsilçisi bayraqlarını ayaqlarına dolamışdı. Mən onda işarə etdim ki, götür, şəkil çəkdirək. Xahiş edirəm, bu məsələ uzanmasın. Artıq xoşagəlməz hal almağa başlayır".


Digər xəbərlər
SON XƏBƏRLƏR