BAKIDA MƏHKƏMƏ HAKİMİ ARVADINI GÜLLƏLƏDİ - Prokurorluqdan vəkilə xəbərdarlıq oldu

img

31-05-2021 [13:15]


Baş Prokurorluq arvadını güllələyərək öldürən hakim Fəqan Əhmədovun vəkiinin açıqlaması ilə bağlı xəbərdarlıq yayıb.

Qurumdan Mia.az-a bildirib ki, cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsini istintaqın gedişatına təsir kimi qəbul ediləcək:

“Odur ki, Baş Prokurorluq bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edir”.

****

Dünən gecə saatlarında arvadını güllələyərək öldürən hakim Fəqan Əhmədovun vəkili hadisə ilə bağlı açıqlama verib.

Vəkil Ceyhun Yusifov “Qafqazinfo”ya bildirib ki, F.Əhmədov arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməyib: “Hadisə məhz ehtiyatsızlıqdan baş verib. Bununla bağlı istintaq getdiyi üçün geniş açıqlama verə bilmərik”.

İddia olunur ki, F.Əhmədov yeni bağ evi tikdirib və qətlin baş verdiyi həmin evə yeni köçüb. Dünən axşam saatlarında da evində məclis keçirən Fəqan Əhmədov spirtli içki qəbul edib. Hadisə baş verərkən hakimin içkili olduğu iddia edilir. 

Rəsmi məlumata görə, F.Əhmədov arvadını qəsdən öldürdüyü üçün Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

***

Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Bakıda qətl hadisəsi törədilib.

Mia.az xəbər verir ki, Fəqan Rövşən oğlu Əhmədov həyat yoldaşı Pərvanə Əhmədovanı odlu silahla qətlə yetirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən F.Əhmədov Sabunçu Rayon Məhkəməsinin hakimidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR