Roza Zərgərli: "Vaxtında mənim yolumu kəsən İlhamə Quliyeva olub"

img

27-05-2021 [15:49]


"Biri sübut etsin ki, Roza Zərgərli deyib İlhamə Quliyevaya oxşayıram. Hər zaman demişəm ki, məni oxşadırlar".

Bu sözləri müğənni Roza Zərgərli "Xəbər-ətər" proqramında deyib. Sənətçi mərhum Xalq artisti İlhamə Quliyevaya bənzədilməsinə cavab verib:

"Xasiyyətcə biz heç oxşamırıq. Vaxtında mənim yolumu kəsən İlhamə Quliyeva olub. Məni görəndə, "canım atəşim" deyirdi, kənarda yolumu kəsirdi. Bunun şahidləri də var. Onunla oxşamıram, çünki sənətə addım atandan hər kəsə əl tutmuşam. Bilirlər ki, sözümün kəsəri var. Danışanda haqqına danışıram. Bir şey məni narahat etmirsə, niyə onun haqqında danışıram? Ona görə də bu günə kimi bu haqda danışmırdım"/Axşam.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR