Gəncədə qətl: keçmiş arvadını yaşayış binasının qarşısında öldürən şəxs tutuldu

img

26-05-2021 [16:47]


Gəncədə qətl hadisəsi baş verib. 

Hadisə şəhərin Abbas Səhhət adlanan ərazisində, yaşayış binasının qarşısında qeydə alınıb. Həmin ünvanda 1982-ci il təvəllüdlü Amanov Qafar Cavanşir oğlu keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Amanova Günay Ağamir qızını bıçaqlayıb. 

Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisəni törədən Amanov Qafar Cavanşir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə Şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub