"Lukaşenkonu da Çauşeskinin taleyi gözləyə bilər” - "O, artıq reallıq hissini itirib"
26-05-2021 [16:25]
Mayın 23-də Afinadan Vilnüsə uçan “Ryanair” hava yollarına məxsus təyyarə Belarus hökuməti tərəfindən Minsk hava limanına endirilib. Bu zaman havaya Belarus Hava Qüvvələrinə məxsus “Miq-29” qırıcıları qaldırılıb.
Enişdən dərhal sonra Belarus təhlükəsizlik qüvvələri göyərtədə olan “NEXTA Telegram” kanalının yaradıcısı və keçmiş baş redaktoru Roman Protaseviçi saxlayıb. O, ekstremizmdə və 2020-ci ilin avqust ayında keçirilən prezident seçkilərindən sonra əhalini iğtişaşlara çağırmaqda günahlandırılır.
Avropa İttifaqı (Aİ) Belarus administrasiyasının sərnişin təyyarəsini “məcburi” endirərək içindəki müxalifətçi jurnalisti həbs etməsini qınayıb və bu ölkənin Aİ hava məkanından və hava limanlarından istifadə etməməsinə dair qərar verib. Aİ liderləri sammiti Belçikanın paytaxtı Brüsseldə davam edərkən, Aİ səlahiyyətliləri liderlərin razılaşdıqları bəyannamənin Belarus ilə bağlı hissəsini paylaşıblar.
Buna görə, liderlərin təşkil etdiyi Aİ Şurası Afina-Vilnius səfərini həyata keçirən sərnişin təyyarəsi mayın 23-də Belarusun paytaxtı Minskə bomba xəbərdarlığı səbəbilə “məcburi enişini” qınayıb. Şura sərnişinlər arasında olan və tutulan müxalif jurnalist Roman Protaseviç və rəfiqəsinin dərhal sərbəst buraxılmasını istəyib. Liderlər hadisəni “misilsiz hadisə və qəbuledilməz” adlandırıblar və Beynəlxalq Mülki Aviasiya Təşkilatını təcili istintaq başlatmağa çağırıblar.
Liderlərin açıqlamasında Belarus səlahiyyətliləri və hava sektoru ilə bağlı hədəfləri əhatə edəcək sanksiyalar tətbiq edilməsinə, Aİ-də fəaliyət göstərən hava yolu şirkətlərinin Belarus üzərindən uçmamasına çağırış edilib.
Açıqlamada Belarus hava yolları şirkətlərinə Aİ hava məkanının qadağan edilməsi, bu şirkətlərin təyyarələrinin Aİ hava limanlarına girişinin qarşısının alınması da istənilib.
Fransanın nəqliyyat üzrə dövlət katibi Jan-Batist Cebbari bildirib ki, Belarusun “Belavia” aviaşirkətinin təyyarələri üçün Fransa ərazisi üzərində uçuşlara icazə dayandırılıb.
ABŞ Dövlət katibi Antoni Blinken bazar günü ABŞ-ın “Avropa İttifaqına üzv iki ölkə arasındakı uçuşun istiqamətinin məcburi şəkildə dəyişdirilməsini və sonradan Minskdə jurnalist Roman Protaseviçin həbsini qətiyyətlə pisləyir” deyib.
“Biz onun dərhal sərbəst buraxılmasını tələb edirik”, - deyə o, bildirib.
Mia.az-ın məlumatına görə, ABŞ-da yaşayan azərbaycanlı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu AYNA-ya açıqlamasında deyib ki, ABŞ və Avropanın Prezident kimi tanımadığı Lukaşenkonun sonu yaxşı görünmür: “Çünki onun etdiklərinə hec nəylə haqq qazandırmaq mümkün deyil. NEXTA-nın qurucu redaktoru Roman Protaseviçə görə dünyanın müxtəlif ölkələrinin, eləcə də ABŞ və Avropa vətəndaşlarının da göyərtəsində olduğu 120 sərnişinin həyatını riskə atmaq heç şübhəsiz ki, Lukaşenkoya baha başa gələcək. Çox keçməyəcək ki, “Avropanın sonuncu diktatoru” adını qazanan Lukaşenko da özünün qorxunc sonluğuna çatacaq”.
“Lukaşenko ağılsız hərəkətinin məsuliyyətini dərk edərək, Roman Protaseviçi azad etməlidir. Əks təqdirdə bu, çox pis örnəklərə yol aça bilər. İnanmıram ki, Qərb bu məsələdə Belarus hakimiyyətinə güzəştə getsin. Əslində bu, Qərb üçün son sınaqdır”, - deyə həmsöhbətimiz bildirib.
İbadoğlu hesab edir ki, ABŞ və Avropa bu məsələdə olduqca prinsipial mövqe tutacaq: “Baş verənlərin fonunda Belarusda hakimiyyət dəyişikliyi mümkündür. Çünki bir müddət bundan öncə Belarusda xalq kütləvi şəkildə ayağa qalxdı və Lukoşenko süqutun bir addımlığında idi. Kremlin açıq dəstəyi ilə bu vəziyyətdən çıxsa da, bu dəfə kütləvi hərəkat başlayarsa, onun buna nail olacağı inandırıcı görünmür”.
“Rusiya da artıq əvvəlki kimi güclü deyil. Yəqin ki, Moskva Belarus rejimini qoruya bilməyəcək. Bu, həm də demokratik dünyanın, Qərbin bir imtahanı olacaq. Əgər onlar Belarusda demokratiyanın qalib gəlməsinə nail olmasalar, ciddi nüfuz itkisinə yol verəcəklər. Lakin bu, baş verməyəcək. Qərb Belarus məsələsində sona qədər dirənəcək”, - deyə alim vurğulayıb.
Politoloq Azər Rəşidoğlu da AYNA-ya şərhində qeyd edib ki, baş vetənlər Belarus hakimiyyəti üçün baha başa gələcək: “Lukoşenko artıq reallıq hissini itirib. 26 yaşlı bloger Roman Protaseviçin bu şəkildə həbsi, heç şübhəsiz, ciddi fəsadlara səbəb olacaq. Rusiya Lukaşenkonun Qərblə əlaqələrini tam kəsir. Lukaşenko artıq Putinin açıq vassalına çevrilib. Bunu Qərb də anlayır və ehtimal edirəm ki, Minskə qarşı təzyiqlər artacaq”.
“Heç təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatları və bəzi Avropa ölkələri müxalif blogeri həbs etmək üçün “FR-4978” reysli təyyarəni bomba təhdidi ilə təcili Minskə enməyə məcbur etməsindən sonra Belarusu dövlət terroru aktında günahlandırıb. Onlar Lukaşenko hökumətini Polşada sürgündə olan, 26 yaşlı bloger Roman Protaseviçi dərhal sərbəst buraxmağa çağırıb. Bir çox ölkələr Belarus ilə hava əlaqələri kəsir”, – deyə hömsəhöbətimiz söyləyib.
Analitikin fikrincə, bu addımı ilə Lukaşenko “tarana getdi” və müxalifət ilə dialoq şansını itirdi: “İndi blogerin həyatı təhlükədədir. Əgər ona qarşı qeyri-insani rəftar olarsa və yaxud onun barəsində ağır cəza hökmü verilərsə, bu, Lukaşenkonun hakimiyyətinin devrilməsi ilə nəticələnə bilər. Digər tərəfdən, bu gün Belarusda iqtisadi böhran dərinləşir. Düşünürəm ki, Putinin Lukaşenkoya verə biləcəyi dəstək böhranın aradan qaldırılması üçün kifayət etməyəcək. İqtisadiyyatın tamamilə çökdüyü bir ölkədə çevriliş perspektivi də mövcuddur. İstənilən halda, Lukaşenko bir neçə ildən artıq hakimiyyətdə qala bilməyəcək. Əhalinin bütün qrupları arasında ona dəstək həddən artıq azalıb. Son hadisə isə ona olan nifrəti daha da artırdı”.
Rəşidoğlu onu da əlavə edib ki, bu gün Rusiya Avropa İttifaqına oxşar bir qurumun yaradılacağını bəyan edir: “Rusiya Belarusla vahid valyuta, vahid parlament, vahid ordu qurmaqla bu ölkəni öz tabeliyinə keçirməyə cəhd edir. Lakin bu qədər böhran içində olan Belarusu daşımağa Moskvanın imkanı yoxdur. Belarusun xilası Qərbə inteqrasiyada və demokratik islahatlardadır. Əks təqdirdə, Lukaşenkonu da Çauşeskinin taleyi gözləyə bilər”.
Avropa İttifaqı Azərbaycana yeni səfir göndərir
Sabah hava necə olacaq? - Proqnoz
Şahin Mustafayev: "Körfəz ölkələrini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq"
Ərdoğanın "qılınc" mesajı: YPG Suriya ordusu ilə "yeraltı savaş"a hazırlaşır - FOTOLAR
Eldəniz Abdullayev saxlanılıb - Narkotiklə
30 il əvvəl törədilmiş qətl - Baş Prokurorluq əhaliyə müraciət edib
"Real Betis" Andre Onananı heyətinə qatmaq istəyir
Bakıdan Ağdama qatarla səfər başlayıb - Biletlər bu gündən satışa çıxarılıb + QİYMƏT
Əliyev İran prezidenti haqqında: "Bəli, o, azərbaycanlıdır, o, mənim kimi eyni qanı daşıyır"
PREZİDENT YENİ MESAJLAR VERDİ - İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsinin TAM MƏTNİ (FOTOLAR)
"Bütün xalq görsün ki..." - IX “Muğam” Televiziya Müsabiqəsində qalmaqal, finalçı mükafatı qəbul etmədi
Ceymi Vardi "Kremoneze" klubu ilə müqavilə imzalaya bilər
Ədliyyə Nazirliyi cəzaların icrasına elektron nəzarətinə 3.8 milyon manat xərcləyəcək
"Antalyaspor" yeni transferiylə bağlı məlumat yayıb
"Ölkədə dağıdıcı zəlzələ ehtimalı yoxdur" - Qurban Yetirmişli
"Borussiya Dortmund" Niko Kovaçın müqaviləsini uzadıb
Azərbaycan nefti ucuzlaşdı
"Borussiya Dortmund" Çukvuemeka ilə anlaşdı
DTX-də daha bir əməliyyat: bir nəfər həbs edilib, kriptovalyuta üzərinə həbs qoyulub
Suitiyə görə çimərlik qapadılıb - Türkiyədə + FOTO
Ağdamın Xıdırlı daha 370 nəfər köçürülüb
Bakıda zəlzələ oldu (Yenilənib)
AzTV-nin həyətində söküntü başlayıb - Radionun beşmərtəbəli binasının yerində yeni bina tikiləcək
"Beşiktaş" yeni hücumçusu ilə müqavilə imzaladı
"Fənərbağça" "İnter"ə "yox" dedi - 17 milyonluq təklif geri çevrildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
Joze Mourinyo: "Bizim tək məqsədimiz var, o da qazanmaqdır"
Zelenski: "Putinlə görüş Türkiyədə də ola bilər"
Ağstafanın meşə sahəsində yanğın məhdudlaşdırılıb (Yenilənib)
Yevlaxda oğul 66 yaşlı atasını bıçaqlayıb
HANSI QRUPDA NƏ QƏDƏR BOŞ YER QALIB? - DİM həmin yerlərə bu tarixdə qəbul aparacaq (SİYAHI)
"Google" və "Wikipedia" cərimələnib - 13 milyon
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək - Sabah
Türkiyədə bu universitetdə iki ixtisas üzrə yerlər tamam boş qalıb
TƏLƏBƏ KREDİTİ İLƏ BAĞLI YENİ QƏRAR VERİLDİ - Ballar düşürüldü
Azərbaycan komandoları Türkiyədə təlimə qatılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ramiz Rövşənin səhhətində problem yaranıb
Kök adamlar iki bilet almalı olacaq - ABŞ aviaşirkəti qərar verdi
Leyla Əliyeva ailə fotolarını paylaşdı: “Ad günün mübarək!” - FOTO
Azərbaycan və ABŞ arasında Çərçivə Sazişi imzalanacaq - Mikayıl Cabbarovdan açıqlamalar
TƏBİB rəhbəri kimləri vəzifəyə təyin edib? - SİYAHI