Neftçalada 10 ton çətənə kolu məhv edilib

img

26-05-2021 [14:35]


Neftçalada yabanı halda bitən 10 ton çətənə kolu məhv edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş- Xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mikayıllı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Polis əməkdaşları tərəfindən yabanı halda bitmiş ümumi çəkisi 10 ton olan 11 132 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR