"Mən həbs olunuramsa, onlar niyə edilmir?" - Həbsdəki iş adamından hakimə sual

img

24-05-2021 [16:21]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal”ın təsisçisi İlqar İsmayılovun ilk məhkəmə iclası keçirilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İ.İsmayılovun vəkilləri məhkəməyə qəbzlər təqdim edərək onların maddi sübut kimi qəbul edilməsini istəyib. Daha sonra onun azadlığa buraxılması üçün də vəsatət verilib və səhhətində ciddi problemlər olduğu bildirilib.

İlqar İsmayılov isə özünü təqsirli bilmədiyini deyib: “Şirkəti 1999-cu ildə yaratmışam. Əgər təsisçi həbsdədirsə, digər təsisçilər də həbs edilməlidir. Mən özümü təqsirli bilmirəm”.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Baxış iclası iyunun 7-nə təyin edilib.

Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR