“Xaş-xaş 2021”:  3 tona yaxın şətənə kolu məhv edilib

img

24-05-2021 [10:32]


“Xaş-xaş 2021” şərti adı altında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı və Əlibəyli kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, həmin kəndlərin ərazisindəki meşə massivindən ümumilikdə çəkisi 3 tona yaxın olan 14 550 ədəd çətənə kolu polislər tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR