Tbilisidə azərbaycanlılarla kürdlər arasında dava: bir soydaşımız öldürülüb, yaralılar var (Yenilənib)

img

23-05-2021 [14:33]


Tbilisidə azərbaycanlının qətlə yetirilməsi ilə bağlı bir nəfər saxlanılıb.

Mia.az “Report”a istinadla xəbər verir ki, həmin şəxs törədilən cinayət barədə məlumat verməməkdə təqsirli bilinir.

Gürcüstanın Daxili İşlər Nazirliyində hadisə zamanı daha 3 nəfərin xəsarət alması faktını təsdiqləyiblər.

İnsidentlə bağlı istintaqın davam etdirildiyi qeyd olunub/Report.

Qeyd edək ki, ötən gecə Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda yerli gənclər arasında dava baş verib. Köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib, daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib, onların vəziyyətinin ağır olduğu bildirilir.

***

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.

Məlumata görə, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.

Hadisə zamanı bir neçə azərbaycanlı gənc soyuq silahla xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.

Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.

Hadisənin digər detalları hələ məlum deyil/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub