Bakıda 88 yaşlı nənəsi ilə 61 yaşlı bibisini öldürən şəxsə ömürlük cəza verildi

img

21-05-2021 [13:58]


Bakıda 88 yaşlı nənəsini və 61 yaşlı bibisini qətlə yetirməkdə təqsirləndirilən Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Samir Mustafayev ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. S. Mustafayev nənəsi, 1932-ci il təvəllüdlü Simuzər Cavadova və bibisi, 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR