Bakıda qətl törədən şəxs saxlanılıb

img

21-05-2021 [13:11]


Bakıda ötən ay qətl törədən şəxs tutulub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aprelin 10-da Biləcəri qəsəbəsi ərazisindən qəsəbə sakini Cavad Allahverdiyevin ürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini R.Rəhmanov müəyyən edilərək idarə etdiyi “VAZ-21214” markalı avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR