ABŞ-ın dövlət katibi İsrail və Fələstinə səfər edəcək

img

21-05-2021 [10:10]


ABŞ-ın dövlət katibi Entoni Blinken yaxın günlərdə tərəflərlə görüşmək üçün İsrail və Fələstinə səfər edəcək.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prayz yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, mayın 20-də E.Blinkenlə İsrailin xarici işlər naziri Qabi Aşkinazi arasında iki dəfə telefon danışğı olub. N.Prayz qeyd edib ki, dövlət katibi bölgədə sabitliyin qorunması üçün ABŞ-ın bütün müttəfiqləri ilə yaxın təmasda olacaq.

Qeyd edək ki, mayın 20-də İsrailin Nazirlər Kabineti Qəzzada atəşkəs barədə qərar qəbul edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR