Putin Rusiya və MDB ölkələri vətəndaşlarının Qəzzadan təxliyəsinə göstəriş verib

img

20-05-2021 [15:15]


Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası və MDB ölkələrinin vətəndaşların Qəzza zolağından təxliyə edilməsinin mümkünlüyü barədə sərəncam imzalayıb.

Bu barədə sənəd hökumətin rəsmi informasiya portalında dərc olunub.

Sənəddə qeyd olunub ki, İsrail dövlətinin silahlı qüvvələrinin hərbi əməliyyatı nəticəsində Qəzza zolağında vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar olaraq orada yaşayanRusiya Federasiyası vətəndaşlarıvə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin vətəndaşları bu bölgəni tərk etməklə bağlı istəklərini ifadə edərlərsə, onlarıntəxliyəsitəmin edilsin.

Xatırladaq ki, mayın 10-dan etibarən İsrail və HƏMAS arasında vəziyyət gərginləşib. Tərəflərin qarşılıqlı raket və artilleriya zərbələri nəticəsində ölənlərin sayı 200-ü ötüb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR