Ukraynada nüfuzlu gürcü “qanuni oğru” saxlanılıb

img

20-05-2021 [12:37]


“Laşa Svan” ləqəbli “qanuni oğru” Laşa Caçvliani Ukraynada saxlanılıb.

Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mayın 19-da həyata keçirilən genişmiqyaslı xüsusi əməliyyat zamanı “Umka” ləqəbli kriminal avtoritet Sergey Oleynik də həbs olunub.

“Laşa Svan” və “Umka” Ukraynanın bir neçə əyalətində cinayətkar qruplaşmalar yaradaraq onlara nəzarət ediblər.

1995-ci ildən “qanuni oğru” olan L.Caçvliani kriminal dairələrdə nüfuzu ilə seçilib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR