Əri Rusiyada olan 2 uşaq anası sosial şəbəkədə tanış olduğu kişi ilə saunada: "Məni əvvəl döydü, sonra zorladı..." - Məhkəmə prosesi
19-05-2021 [19:09]
Bakıda 1989-cu il təvəllüdlü Aqşin Ağayev sosial şəbəkədə tanış olduğu qıza qarşı seksual xarakterli hərəkətlər edib.
Mia.az teleqraf.com-a istinadən bildirir ki, Aqşin 2020-ci ilin fevralın əvvəllərində "can.az" sosial şəbəkəsində "Qara" ləqəbindən istifadə edərək yaratdığı profil vasitəsi ilə yazışma apararaq Samirə (ad şərti verilib - red.) ilə tanış olub. Samirə ona istifadəsində olan nömrəsini verib.
Aqşin də özünün "WhatsApp" proqramından Samirə ilə yazışaraq şəklini göndərib. Samirə Aqşinin xarici görkəmini bəyənməyib və onu rədd edib.
Buna baxmayaraq Aqşin Samirə ilə cinsi əlaqəyə girmək məqsədi ilə başqa şəxsə aid şəkildən və "Gecə Kabusu" ləqəbindən istifadə edərək yeni profil yaradıb, Samirə ilə yazışıb. O, başqa nömrənin "vatsap" proqramı ilə Samirəyə yazaraq, onu görüşməyə razı salıb.
Samirə Aqşinin dəvəti ilə Xətai rayonundakı idman-sağlamlıq mərkəzinin 2-ci mərtəbəsində yerləşən istirahət otağına gəlib. O, tanış olduğu kişinin "Qara" ləqəbli şəxs olduğunu görüb və aldandığını başa düşərək getmək istəyib.
Zorlama və seksual hərəkətlər
Amma Aqşin zorla cinsi əlaqədə olmaq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədi ilə Samirəni vurub, ona xəsarət yetirib. Qadının müqavimətini qırıb, əynindəki paltarını zorla soyunduraraq otaqda olan çarpayının üzərinə yıxıb. O, zorla Samirə ilə cinsi əlaqədə olub.
Daha Aqşin cinsi ehtirasını pozğun formada təmin etmək üçün Samirəni yenidən vuraraq qeyri-təbii və oral yollarla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən Aqşinin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edilib.
"Başqa şəxsin şəkillərini göndərməmişəm"
Aqşin ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, "can.az" adlı sosial şəbəkədə çatda Samirə ilə tanış olub: "Bir müddət çatda danışdıqdan sonra bir-birimizə mobil nömrələrimizi verdik və şəkillərimizi göndərdik. Samirəyə başqa şəxsin şəkillərini göndərməmişəm. Görüş barədə qərarlaşdıq və Samirə göndərdiyim xüsusi taksi maşını ilə Nobel prospektində "Elektrotok" deyilən ərazinin yaxınlığında sağlamlıq-hamam mərkəzinə gəldi.
Həmin sağlamlıq-hamam mərkəzi yaşadığım yerə yaxın idi deyə oranın necə yer olması barədə məlumatım vardı. Ona görə də həmin yerdə görüşmək qərarına gəldim".
"Qeyri-adi heç nə yoxdur"
Aqşinin sözlərinə görə, Samirənin də gəldiyi yerin hamam-sauna mərkəzi olması barədə məlumatı olub: "Samirə özü könüllü şəkildə həmin yerə gəlib. Hamam-sauna mərkəzində Samirəyə qarşı hər hansı zorakılıq göstərilməyib. Onunla yalnız təbii yolla cinsi əlaqədə olmuşam. Məqsədimiz sadəcə görüşmək idi, başqa hərəkətlərə yol verməyi düşünməmişəm. Bütün bunlar da qarşılıqlı razılıq əsasında olub.
Oradan çıxdıqdan sonra Samirəni öz xahişi əsasında sifarişli taksi ilə göz klinikasına apardım. Samirə ilə vatsapda yazışmalarımız yalan deyil və normal danışıqdır. Həmin yazışmalarda qeyri-adi heç nə yoxdur".
"Məni bəyənmədi"
İbtidai istintaq zamanı ifadə verən Aqşin bildirib ki, Biləsuvar rayonunda doğulub: "2008-ci ildə bibim qızı ilə rəsmi nikaha daxil olaraq evləndim. Birgə nikahdan 2010-cu ildə qızım doğuldu. 2013-cü ildə arvadımdan boşandım və məhkəmənin qərarına əsasən qızım arvadımla qaldı.
Əvvəllər ofisiant və mağazalarda satıcı işləmişəm. Hazırda heç bir yerdə işləmirəm, hərdən fəhləlik edirəm.
"Can.az" adlı sosial şöbəkəsində çatda Samirə adlı qadınla tanış oldum. Bir müddət çatda danışdıqdan sonra bir-birimizə mobil nömrələrimizi verdik. Samirə ailəli və 2 uşaq anası olduğunu, lakin xoşbəxt yaşamadığını, sadəcə uşaqlarına görə ailə həyatına dözdüyünü dedi.
Samirə ilə bir-birimizə öz şəkillərimizi göndərdik. Samirə şəklimi gördükdən sonra məni bəyənmədi, mənimlə danışmayacağını bildirdi. İsrar etsəm də, danışmayacağını söylədi".
"Otağı iki saatlıq götürdüm"
Aqşinin ifadəsinə görə, bundan sonra internetdən tanımadığı oğlanın şəkillərini götürüb və yeni adla çatda Samirəyə yazıb: "Bir həftə danışdıqdan sonra Samirə ilə görüşmək barədə qərarlaşdıq. Həmin gün saat 12 radələrində metro ilə "Həzi Aslanov" metrostansiyasına gəldim.
Orada Vüqar adlı tanış taksi sürücüsünün nömrəsinə zəng vurdum, görüşərək onun "Mercedes" markalı maşınına mindim və Nobel prospektində "Elektrotok" deyilən ərazinin yaxınlığında sağlamlıq-hamam mərkəzinə gəldim. Әvvəllər də bir-iki dəfə orada olmuşam. Həmin yerin yaxşı saunası və hovuzu olduğundan orada saunadan istifadə etmişəm.
Orada yemək otaqlarının olduğunu da görmüşəm. Bu səbəbdən Samirə ilə orada görüşmək qərarına gəldik.
Taksidən düşdükdə Vüqardan saat 12.30-da "Həzi Aslanov" metrosundan bir nəfər Samirə adlı qadını götürərək gətirməsini xahiş etdim. Samirənin telefon nömrəsini Vüqara verdim. Mərkəzdə işləyən inzibatçı kişi mənə 4-cü otağı verdi. Ödəniş edərək həmin otağı iki saatlıq götürdüm".
"Üç dəfə cinsi əlaqədə olduq"
Aqşin qeyd edib ki, Samirə saat 12.30-da "Həzi Aslanov" metrostansiyasının yanına gəlib və ona xəbər edib: "Vüqara zəng etdim, Samirəni gətirməyi tapşıdrım. Təxminən 15 dəqiqə sonra Samirə çatdığını dedi. Ona 4-cü otağa qalxmalı olduğunu və qapını açıq saxladığımı dedim. Samirə otağa daxil oldu, məni gördü. Bildirdi ki, məni nə üçün aldatmısan, mən axı sənlə danışmaq istəməmişdim.
O, məni söydü. Əsəbiləşərək şillə ilə Samirəni vurdum, onun sol gözünə cızıq düşdü. 15-20 dəqiqə sakit oturduqdan sonra könlünü almaq üçün yaxınlaşaraq Samirəni öpdüm. "Mənimlə cinsi əlaqədə olmaq istəyirsənsə, ol, gedim" dedi. Samirəyə soyunmağını dedim. O da bütün paltlarlarnı çıxartdı, otaqda çarpayının üstündə cinsi əlaqədə olduq. Samirənin razılığı ilə üç dəfə cinsi əlaqədə olduq".
Aqşin deyib ki, bundan sonra Samirə ilə Zərifə Әliyeva adına göz klinikasının qarşısına gəlib: "Orada Samirəni yola saldım. Özüm isə "Azadlıq" metrosunun yanına gələrək avtobusla Gorədil kəndinə getdim.Sonradan Samirə ilə heç nə danışmadım.
Bir gün sonra Samirə mənə yazaraq gözünün müalicəsi üçün 50 manat pul istədi. Ona dərmanların pulunu görüşərək verəcəyimi dedim. Samirəyə "Azadlıq" metrostansiyasına, oradan isə Goradil qəsəbəsinə gəlməli olduğunu dedim. Saat 13 radələrində Samirəni gözlədiyim vaxt polis əməkdaşları mənə yaxınlaşdı, Xətai rayon Polis İdarəsinə getmək lazım olduğunu və Samirə adlı şəxsin məndən şikayət etdiyini bildirdilər".
"Ərimin Rusiyada olduğunu demədim"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə bildirib ki, 2020-ci ilin fevralın əvvəlləri "can.az" saytında "Qara" ləqəbli bir oğlanla tanış olub:
"Bir qədər həmin çatda yazışaraq danışdıqdan sonra istifadəmdəki nömrəni oğlana, o da öz nömrəsini mənə verdi. Biz vatsap proqramı vasitəsi ilə yazışaraq aradabir danışdıq. Həmin oğlanın adını soruşmasam da, ona adımın Aynur olduğunu, 2 uşağımın olduğunu dedim. Amma ərimin Rusiyada olduğunu demədim. Sonradan şəkillərimizi bir-birimizə göndərdik və oğlanın xarici görkəmini bəyənmədiyimdən onunla danışmayacağımı dedim".
"Oğlandan xoşum gəldi"
Zərərçəkmişin ifadəsinə görə, təxminən 3-4 gün keçdikdən sonra "can.az" saytında "Gecə Kabusu" ləqəbi ilə bir oğlan ona yazaraq əvvəllər danışdıqlarını, nömrəni ona özünün verdiyini bildirib: "Şəkillərinə baxdıqda onu tanımadım. Lakin məni əvvəllər tanış olduğumuza inandıraraq vatsapa yazdı. Onun adını soruşmadım.
Təxminən 3-4 gün vatsapda danışdıqdan sonra oğlan mənə görüşməyi təklif etdi. Xidməti maşında sürücü işlədiyini, hər dəfə işdən çıxa bilmədiyini deyərək ailəvi istirahət mərkəzində sadəcə görüşüb çay içməyi təklif etdi. Ancaq həmin mərkəzin harada olduğunu demədi. Şəkillərinə baxdıqda həmin oğlandan xoşum gəldi. Görüşməyə razılıq verdim".
"Zorla cinsi əlaqədə oldu"
Samirə qeyd edib ki, oğlanın təklifinə əsasən həmin tarixdə saat təxminən 12.30-12.40-da "Həzi Aslanov" metrostansiyasının qarşısına gəlib: "Vüqar adlı taksi sürücüsü zəng etdim və "Nobel" prospektində əvvəllər tanımadığım böyük bir həyətə gəldik. Taksidən düşərək oğlanın telefonda dediyi 2-ci mərtəbəyə qalxdım. Orada heç kimi görmədim, 4-cü otağa qalxdıqda qapının açıq olduğunu gördüm. İçəri girdim.
Həmin otaqda heç kim yox idi. İçəridəki 2-ci otağa keçdikdə isə "Qara" ləqəbi ilə tanıdığım oğlan oradan çıxdı və mənə sürpriz etdiyini bildirdi. 2-ci otaqda çarpayı da vardı. Oğlan "sən məni bəyənmədin, indi gör adama nə edirlər" deyərək çarpayı olan otağın qapısını örtdü və mənə hədiyyə aldığını bildirdi.
Ona heç bir hədiyyə istəmədiyimi bildirdim, niyə məni aldatdığını soruşdum. Oğlan mənə "adamın daxilini sevərlər, xarici görünüşünü yox" dedi. Getmək istədiyimi bildirdikdə oğlan mənə "soyun, 3 dəqiqə vaxtın var" - deyərək soyunmağımı tələb etdi. İmtina etdikdə oğlan şillə ilə sol gözümdən vurdu. Soyunsam da alt paltarımı çıxarmadım.
Oğlan zorla məni soyundurdu. Bir dəfə də üzümdən şillə vuraraq çarpayının üstünə yıxdı, zorla təbii yolla cinsi əlaqədə oldu".
"Mənə qarşı əxlaqsız hərəkətlər etdi"
Zərərçəkmiş qadın daha sonra ifadəsində baş verənləri belə danışıb: "Oğlan cinsi aktı başa çatdırdıqdan sonra "mən nə vaxt desəm onda gedəcəksən" dedi, hamamda yuyunaraq gəlməyimi və onunla öz xoşuma cinsi əlaqədə olmağımı tələb etdi. Bundan imtina etdim. Lakin oğlan sinəmdən vuraraq mənimlə qeyri-təbii yola cinsi əlaqədə oldu. Bu qaydada mənimlə cinsi əlaqədə olduqdan sonra "gördün səni nə günə qoydum" dedi.
Növbəti dəfə yuyunaraq gəldikdən sonra məni çarpayıda arxası üstə uzatdı, mənə qarşı əxlaqsız hərəkətlər etməyə başladı. Bundan sonra mənə "dur indi geyin, gedə bilərsən" dedi.
Biz saat 15.30-da oradan çıxaraq yoldan keçən taksiyə mindik. Mən Zərifə Әliyeva adına göz klinikasına, oğlan isə "Azadlıq" metrostansiyasına gedəcəyini bildirdi. Taksini klinikaya sürdürdü və biz orada ayrıldıq".
Samirənin ifadəsinə görə, həmin gün gecə oğlan ona vatsapda yazaraq "necəsən?" deyə soruşub: "Mən oğlana zorlama ilə əlaqədar iradımı bildirdim, ağrıdığımı yazdım. Oğlan isə mənə "yaxşı eləmişəm, adamın xarici görkəmini yox, daxilini sevəcəksən" yazaraq onunla mütəmadi görüşməyimi tələb etdi. Növbəti gün Xətai rayon Polis İdarəsinə gedərək şikayət ərizəsi yazdım. Polis əməkdaşının tapşırığına əsasən həmin oğlana vatsap proqramında gözümdən və qabırğamdan aldığım xəsarətlərə görə həkimə getməli olduğumu, pula ehtiyacım olduğunu yazdım.
İki gün yazışdıqdan sonra oğlan mənimlə görüşüb, pul verməyə razı oldu. Biz görüşdüyümüz vaxt polislər oğlanı tutdu".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Aqşin 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Aqşin apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Aqşinin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Aqşinin verdiyi şikayət təmin olunmayıb.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO