Atçılıq Mərkəzindən 4 min dollarlıq iki yəhər və yüyən oğurlanıb

img

19-05-2021 [14:21]


Binə Atçılıq Mərkəzindən dəyəri 4 000 ABŞ dolları məbləğində iki ədəd yəhər və yüyən oğurlanıb.

Məlumata görə, bundan başqa 8 kisə arpa yemi və eyni sayda ot tayı aparılıb. Hadisə gecə saatlarında baş verib.

Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araba izləri ilə müəyyənləşdirilib ki, oğurluğu qonşuluqda yaşayan şəxs edib. O, şübhəli şəxs qismində dindirilmək üçün Xəzər rayon Polis İdarəsinin 2 saylı Polis Bölməsinə aparılıb. Araşdırmalar davam etdirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR